reklam
» » Əfqanıstan “Taliban”a atəşkəs elan etdi - Qurban bayramına görə

reklam

Əfqanıstan “Taliban”a atəşkəs elan etdi - Qurban bayramına görə

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar “Taliban” yaraqlılarına qarşı atəşkəs elan edib.

Prezident bu barədə Tvitter səhifəsində yazıb:

“İd əl-Adxa bayramına yaxınlaşdığımız ərəfədə, dini nümayəndələrin, siyasi partiyaların, politoloqların, vətəndaş cəmiyyətinin liderlərinin, qadınların, gənclərin, 34 əyalətdən Ali Sülh Şurasının üzvlərinin daxil olduğu əfqan cəmiyyətinin müxtəlif təbəqələrinə, o cümlədən müsəlman dünyasına, İslam Əməkdaşlıq Təşkilatına, Səudiyyə Ərəbistanı krallığına hörmət əlaməti olaraq “Taliban”a atəşkəs elan edirik. Atəşkəs bazar ertəsindən qüvvəyə minəcək və Peyğəmbərin anadan olduğu günədək davam edəcək”.

Qani, həmçinin, “Taliban” rəhbərliyini “İslam dəyərlərinə və prinsiplərinə əsaslanan” sülh danışıqlarına hazırlaşmağa çağırıb.


Paylaş:


Müəllif : Tarix:
19-08-2018, 22:59
  


loading...
Загрузка...