reklam
» » Əsədə aid 12 obyektə zərbə endirildi: Hədəfdə rus bazası...

reklam

Əsədə aid 12 obyektə zərbə endirildi: Hədəfdə rus bazası...

Suriya ordusunun havadan müdafiə sistemləri liman şəhəri Latakiyada raket zərbələrinin qarşısını alıb.

Bu barədə SANA agentliyi məlumat yayıb.

Raketlərin şəhər ətrafında yerləşən sənaye obyektlərini hədəf aldığı deyilib.

Hücumla bağlı ətraflı məlumat verilməyib.

Əsəd rejiminə aid 12 obyektə raket zərbəsi endirilib.

Zərbələrin Xüms, Latakiya, Banyast və Həmaya endirildiyi, hücumların hamısının qarşısının alındığı qeyd edilib.

Hücumu İsrailin etdiyi barədə məlumatlar yayılıb. İddiaya görə, hücum əsnasında rusların yerləşdiyi Tartus hərbi bazası da hədəfə alınıb.


Paylaş:


Müəllif : Tarix:
18-09-2018, 08:20
  


loading...
Загрузка...