reklam
» » Trampın “tweet”inə fləşmobla cavab verildi

reklam

Trampın “tweet”inə fləşmobla cavab verildi

ABŞ prezidenti Donald Trampın “tweet”indən sonra “Twitter” istifadəçiləri seksual zorakılıqların qurbanlarına dəstək fləşmobuna start veriblər.

Daha öncə Amerika lideri Blezi Ford tərəfindən zorlamada ittiham edilən hakim Brett Kavanoya dəstəyini ifadə edib.

Qadın iddia edir ki, hadisə 1980-ci illərdə baş verib. Tramp Fordu zorlamadan dərhal sonra polisə müraciət etməməkdə günahlandırıb.

“Fordun iddia etdiyi kimi hər şey ciddi olsaydı, şübhə etmirəm ki, o və ya valideynləri dərhal polisə müraciət edərdilər. Mən Kavanonu yaxşı insan kimi tanıyıram”, - Tramp yazıb.

Bundan sonra “Twitter” istifadəçiləri #WhyIDidntReport (Mən nə üçün məlumat vermədim) həştəqi ilə özləri yaşadıqları hadisələr və nə üçün dərhal polisə müraciət etməmələri barədə söz açıblar.

Hazırda bu həştəqlə müxtəlif dillərdə minlərlə əhvalat dərc olunub.


Paylaş:


Müəllif : Tarix:
22-09-2018, 21:51
  


loading...
Загрузка...