reklam
» » Saakaşvili milyarderin qətlinə razılıq veribmiş - Gürcü Baş Prokurorluğu

reklam

Saakaşvili milyarderin qətlinə razılıq veribmiş - Gürcü Baş Prokurorluğu

Gürcüstan Baş Prokurorluğu məşhur biznesmen və milyarder Badri Patarkaçişvilinin qətlinin Mixail Saakaşvili tərəfindən razılaşdırıldığını müəyyən edib.

Bu barədə qurumun yaydığı məlumatda deyilir.

Gürcüstanın ən varlı şəxslərindən olan və ölkənin eks - dövlət başçısı Mixail Saakaşvilinin ən qatı əleyhdarı kimi tanınan yəhudi əsilli biznesmen Patarkaçişvili 2008-ci ilin fevralın 12-də London yaxınlığındakı villasında qəflətən dünyasını dəyişib. Həkimlərin rəyinə görə, ölümünə səbəb ürəyin işemik xəstəliyi olub.

Ölümünə bir neçə ay qalmış aktiv siyasətə qoşulan biznesmen müxalif partiya yaradaraq prezidentliyə namizəd olacağını açıqlamışdı.

Qətlin icraçılarından birinin evində tapılan səs yazısında Q.D adlı şəxs söhbət zamanı biznesmeninin ölümünə Saakaşvilinin razılıq verdiyini təsdiqləyib.  Digər səs yazısında qətlin müxtəlif versiyaları müzakirə edilib. O cümlədən, təbii ölüm effekti verəcək zəhərlənmə versiyası gözdən keçirilib.

Faktla bağlı DİN-in üç eks-məmuru da saxlanılıb. Onları 16 ildən 20 ilə qədər həbs gözləyir.


Paylaş:


Müəllif : Tarix:
17-10-2018, 15:58
  


loading...
Загрузка...