reklam
» » Qaşıqçının qatillərinin qətli başladı: - biri “qəza"da öldü

reklam

Qaşıqçının qatillərinin qətli başladı: - biri “qəza"da öldü

Camal Qaşıqçını öldürən 15 nəfərlik qrupda yer alan Məşəl Saad əl-Bostani ölüb.

Regionxeberleri.com Axar.az-a istinadən xəbər verir ki, Bostani Ər-Riyadda şübhəli bir qəzada dünyasını dəyişib. Onun öldüyü avtomobil qəzasının zamanı və necə baş verməsi haqqında heç bir məlumat yayılmayıb.

Türkiyə mətbuatı Bostaninin Qaşıqçı cinayətinin ortaya çıxmaması üçün öldürüldüyünü bildirib.

Qeyd edək ki, Bostani leytenant rütbəsi daşıyırdı. O, 2 oktyabrda İstanbula gələn 15 nəfərlik ölüm qrupunda yer almışdı. Bostani “Vindham Qrand Hotel”də qaldıqdan sonra yenə özəl təyyarə ilə Türkiyədən ayrılmışdı.


Paylaş:


Müəllif : Tarix:
18-10-2018, 10:19
  


loading...
Загрузка...