reklam
» » Əfqanıstanda seçki günü partlayışlar nəticəsində 15 nəfər ölüb, 110 nəfər yaralanıb - YENİLƏNİB-2

reklam

Əfqanıstanda seçki günü partlayışlar nəticəsində 15 nəfər ölüb, 110 nəfər yaralanıb - YENİLƏNİB-2

Əfqanıstanda parlament seçkiləri zamanı 15 nəfər partlayışların qurbanı olub, daha 110 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.

*** 13:18

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Emergency" qeyri-hökümət təşkilatından məlumat verilib.

"Mərkəzimizə indiyədək 30 xəstə daxil olub. Onlar arasında bir uşaq var ki, mərkəzə çatdırılanadək yolda dünyasını dəyişib", - təşkilatın "Twitter" səhifəsində qeyd olunub.

*** 12:00

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqələrində bir neçə partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, insidentin digər təfərrüatı hələlik açıqlanmır.

Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.


Paylaş:


Müəllif : Tarix:
20-10-2018, 17:29
  


loading...
Загрузка...