reklam
» » Qanq çayında qayıq batdı - 26 ölü

reklam

Qanq çayında qayıq batdı - 26 ölü

 
Hindistanın Bixar ştatında Qanq çayında qayıq batıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qayığın batması nəticəsində 26 nəfər həlak olub.

"Xilasedicilər gecə 22 cəsəd, bu səhər 4 cəsəd çıxarıblar", - Hindistanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarəsinin katibi Anirudx Kumar deyib.

Qeyd edək ki, qayıq batan zaman qayıqda 50 nəfər olub. Onlardan 20-si xilas edilib və xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.



Paylaş:


Müəllif : Tarix:
15-01-2017, 14:40
  


loading...
Загрузка...