reklam
» » Rəsmi görüşdə Lavrovdan kənara çəkilməyi xahiş etdilər - VİDEO

reklam

Rəsmi görüşdə Lavrovdan kənara çəkilməyi xahiş etdilər - VİDEO

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vladimir Putinlə sinqapurlu həmkarı Həlimə Yaqubun görüşündə çətin vəziyyətdə qalıb. Görüş zamanı protokol əməkdaşları Lavrovdan xahiş ediblər ki, prezidentlərin bir-birinin əlini sıxa bilmələri üçün geri çəkilsin.
Oxu.Az xəbər verir ki, “Komsomolskaya Pravda“ qəzetinin müxbiri öz “Twitter” səhifəsində həmin anları əks etdirən maraqlı videoçarx təqdim edərək, ironik şərh də yazıb.
“Ölkə balacadır, yer azdır”.
Xatırladaq ki, bu görüş zamanı baş verən ilk kuryoz hadisə deyildi. Belə ki, Sergey Lavrov və Putinin mətbuat katibi Dmitri Peskov görüş otağına buraxılmamış, xüsusi təlimat aldıqdan sonra bu xəta düzəldilmişdi.



Paylaş:


Müəllif : Tarix:
15-11-2018, 15:04
  


loading...
Загрузка...