reklam
» » İngiltərədə “Brexit”ə görə növbəti istefa - 3 nazir birdən

reklam

İngiltərədə “Brexit”ə görə növbəti istefa - 3 nazir birdən

 
Britaniyanın Brexit məsələləri üzrə naziri Dominik Raab istefa verib.
Bu barədə nazir özünün tvitter hesabında məlumat verib. Onun sözlərinə görə, istefasına səbəb Avropa İttifaqı ilə Brexit şərtləri ilə bağlı razılıq məsələsində yaranan fikir ayrılığı olub: “Bu gün mən Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə naziri postundan istefa verdim. Mən Aİ ilə razılığımız üçün təklif olunan şərtləri təmiz vicdanla dəstəkləyə bilmərəm.
Birincisi ona görə ki, Şimali İrlandiya üçün təklif edilən tənzimləyici rejim Birləşmiş Krallığın bütövlüyü üçün real təhlükə yaradır. İkincisi, Aİ-yə bizim ayrılmaq qabiliyyətimizə veto qoymaq imkanı verən müddətsiz razılaşmanı dəstəkləyə bilmərəm”.
Bu səhər Avropa İttifaqı ilə əldə edilən Brexit razılaşmasını dəstəkləmədiklərini söyləyən daha iki nazir istefa ərizələrini baş nazir Tereza Meyə göndəriblər. Onlar Şimali İrlandiya işləri üzrə britaniyalı nazir Şeyleş Vara və əmək və pensiya işləri nazir Ester Makveydir.
Şeyleş Varanın sözlərinə görə, sazişin içərisində hansı sözlər istifadə edilirsə-edilsin, bu, İngiltərəni Aİ zəncirlərindən xilas olmuş, azad və müstəqil ölkə etməyəcək.
Ester Makvey isə bildirib ki, Brüssellə saziş layihəsi ilə razılaşmır. Belə ki, daha əvvəl baş nazir Meyin özü tərəfindən ortaya qoyulmuş kriteriyalarla üst-üstə düşmür.
Xatırladaq ki, iyulda Brexit naziri Devid Davis və xarici işlər naziri Baris Conson, ötən həftə isə Britaniyanın nəqliyyat nazirinin müavini Co Conson hökumətin "kortəbii surətdə Brexit"ə doğru getdiyini səbəb gətirərək istefa vermişdi. Gün ərzində növbəti istefaların olacağı istisna edilmir.
Qeyd edək ki, Britaniya hökuməti ötən gün Brexit şərtləri ilə bağlı Avropa İttifaqı ilə saziş layihəsini təsdiqləyib. Bununla da, Böyük Britaniya 2019-cu ilin martın 29-da Aİ-ni tərk edəcək. 


Paylaş:


Müəllif : Tarix:
15-11-2018, 15:57
  


loading...
Загрузка...