reklam
» » Fransadakı kütləvi etirazlar Tehrana çatdı

reklam

Fransadakı kütləvi etirazlar Tehrana çatdı

Fransanın Tehrandakı səfirliyinin qarşısında tələbələr etiraz aksiyası keçiriblər.

Ettirazçılar Fransa hökumətini dinc nümayişçilərə qarşı amansız davranışlarına son qoymasına çağırıblar. Onlar bildiriblər ki, polisin öz hüquqları uğrunda mübarizə aparan insanlarla qəddarlıqla davranması yolverilməzdir. İnsanların polis dəyənəkləri ilə döyülməsi və həbs edilməsi demokratiyanın prinsiplərinə ziddir.

Tələbələr Fransada insan hüquqlarının kobudcasına pozulmasına dair şüarlar da səsləndiriblər.

Xatırladaq ki, ötən həftə Fransa hökumətinin yanacağın qiymətinin yüksəltməsinə etiraz edən insanlar kütləvi aksiyalar keçiriblər. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Nümayişlər arasında yaralananlar və həbs olunanlar var.


Paylaş:


Müəllif : Tarix:
5-12-2018, 22:47
  


loading...
Загрузка...