reklam
» » Bu Avropa ölkəsi sabiq müdafiə nazirini prezident seçdi

reklam

Bu Avropa ölkəsi sabiq müdafiə nazirini prezident seçdi

Dekabrın 5-də İsveçrə parlamenti ölkənin yeni prezidentinin adını açıqlayıb.

Parlamentdə keçirilən seçkidə bu vəzifəyə Maliyyə naziri Ueli Maurer təsdiq olunub. Yeni prezidentin namizədliyi parlament üzvlərinin mütləq əksəriyyəti (209 səsdən 201-i) tərəfindən dəstəklənib.

Hökumətin yeddi üzvü arasından seçilən prezident bu vəzifəni bir il müddətində icra edir və əsasən reprezentativ fəaliyyətlə məşğul olur. U.Maurerlə yanaşı, iki qadın da hökumətə yeni üzv seçilib.

İsveçrə Xalq Partiyasının təmsilçisi olan U.Maurer hələ 2008-ci ildə hökumətə üzv seçilib və müdafiə naziri vəzifəsində çalışıb. 2013-cü ildə o, prezident vəzifəsini də icra edib. Budəfəki seçki ilə U. Maurer ikinci dəfə prezident səlahiyyətlərini icra etmək hüququ qazanıb.


Paylaş:


Müəllif : Tarix:
6-12-2018, 08:43
  


loading...
Загрузка...