reklam
» » Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi

reklam

Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi

Ukrayna dövləti Karpat bölgəsinin ekologiya və təbii ehtiyatlar sferasını azərbaycanlıya həvalə edib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfovun verdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayondan olan,1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi təyin edilib.

Bu dairə İvano-Franskovsk və Çernovtsı vilayətlərini əhatə edir.

R.Qasımov 1987-ci ildən Ukraynada yaşayır, İvano-Frankovsk Milli Qaz-Neft Universitetini və Ternopil Milli İqtisadiyyat Universitetini bitirb. Elmi nailiyyətlərə malikdir. Bir müddət biznes sahəsində çalışan R.Qasımov daha sonra iki dəfə İvano-Franskovsk Şurasının deputatı olub. Hazırda təyin olunduğu vəzifəsinə qədər isə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin vilayət strukturunda çalışıb. O, həm də azərbaycanlıların diaspor hərəkatında fəaldır.(report.az)


Paylaş:


Müəllif : Tarix:
11-02-2019, 10:42
  




loading...
Загрузка...