reklam
» » "Volvo" zavodu yanır - SON DƏQİQƏ

reklam

"Volvo" zavodu yanır - SON DƏQİQƏ

İsveçin qərbində Qyoteborq şəhərində "Volvo" zavodunda yanğın baş verib.

Regionxeberleri.com Trend-ə istinadən xəbər verir ki, yanğın zamanı 150 adam təxliyə olunub.

Yanğın səhər saatlarında, zavodun batareyalar saxlanılan anbarında baş verib. Yanğın zamanı zəhərli tüstü yayılıb. Bu səbəbdən ətrafda yaşayan sakinlərin pəncərələri bağlamaları tövsiyə olunub.

Hazırda hadisə yerində 40-a yaxın yanğınsöndürən maşın və çox sayda canlı qüvvə işləyir. Yanğının tam söndürülməsi istiqamətində işlərin bütün gün davam edəcəyi bildirilib.


Paylaş:


Müəllif : Tarix:
28-03-2017, 15:53
  


loading...
Загрузка...