reklam
» » Tramp Kondaliza Raysla görüş keçirib

reklam

Tramp Kondaliza Raysla görüş keçirib

 Ağ evin mətbuat katibi Şon Spayser öz «Tvitter»ində eks-prezident Corc Buşün (oğul) prezidentliyi dövründə ABŞ-n dövlət katibi işləmiş Kondaliza Raysın administrasiyada olduğu barədə xəbər bölüşüb.

Spayserin sözlərinə görə, Rays Prezident Donald Trampla şəxsən təmasda olub. Mətbuat katibinin sosial şəbəkədə dərc etdiyi fotoda gülümsəyən Tramp və Rays Oval kabinetdə kresloda əyləşiblər.

«Bu gün səhər Prezident Ağ evdə sabiq milli təhlükəsizlik məsələləri üzrə müşavir və sabiq dövlət katibi Kondaliza Raysı salamlayıb» – deyə, Spayser görüşün təfərrüatına varmadan yazıb.

Məlumat üçün bildirək ki, Rays 2005-2009-cu illərdə dövlət katibi, 2001-2005-ci illərdə isə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postlarını tutub.

ABŞ administrasiyasının nümayəndəsi ötən cümə günü Prezident Abdel Fəttah əs-Sisinin Vaşinqtona səfərinin gedişi zamanı Trampın Misir Ərəb Respublikası (MƏR) ilə münasibətləri «yenidən işə salmaq» planı barədə xəbər yayıb.

Qeyd edilir ki, ABŞ həm də Misirə hərbi və iqtisadi köməklik göstərməyi davam etdirəcək.(azpolitia)


Paylaş:


Müəllif : Tarix:
2-04-2017, 18:00
  


loading...
Загрузка...