X
Udmurtiyanın sabiq rəhbəri həbs olundu » Regionxeberleri.com Udmurtiyanın sabiq rəhbəri həbs olundu » Regionxeberleri.com

reklam
» » Udmurtiyanın sabiq rəhbəri həbs olundu

reklam

Udmurtiyanın sabiq rəhbəri həbs olundu

 
Moskvanın Basman rayon məhkəməsi 140 milyon rubl məbləğində rüşvət almaqda ittiham edilən  Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Solovyov barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin hakimi Artur Karpov bildirib ki, keçmiş mer istintaq tam yekunlaşana qədər həbsdə qalmalıdır.

Aleksandr Solovyov çox cidid qanun pozuntusunda ittiham olunur. 1950-ci il təvəllüdlü merin çox yaxşı əlaqələri var. Əgər o, şərti azadlığa buraxılarsa, istintaqın gedişatına təsir edə bilər. Bundan başqa, onun ölkədən kənara qaçmaq ehtimalı da nəzərdən keçirilib”, - deyə Artur Karpov bildirib.

Hakimin sözlərinə görə, Aleksandr Solovyovun İspaniyaya qaça biləcəyini də istisna etməyib.

Qeyd edək ki,  Aleksandr Solovyov 2014-2016-cı illərdə Solovyov Kambarka şəhərindəki Kama və Buy çayları üzərindən keçən körpünün tikintisi ilə məşğul olan şirkətdən 139 milyon rubl rüşvət almaqda ittiham olunur. Bundan başqa, iddialara görə, məmura 2,7 milyon rubl dəyərində olan kommersiya firmasından pay verilib.


Paylaş:


Müəllif : Tarix:
5-04-2017, 00:19
  


loading...