reklam
» » FTB əməkdaşı İŞİD üzvünə aşiq oldu, ailə qurdular - FOTO

reklam

FTB əməkdaşı İŞİD üzvünə aşiq oldu, ailə qurdular - FOTO

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı Daniela Qrin Suriyada İŞİD terror qruplaşmasının üzvü - Denis Kaspert ilə ailə qurub. FTB-də D.Qrinə İŞİD terror qruplaşmasının üzvü barədə araşdırılmada iştirak etmək tapşırılıb.

Trend-in "RİA Novosti"yə məlumatına görə, FTB-nin tərcüməçisi olan D.Qrin rəhbərliyinə getmək niyyətində olduğu yer barədə yalan danışaraq, D.Kasperti onun haqqında araşdırılma aparılması barədə xəbərdarlıq edib. Qrin Kaspert ilə 2014-cü ildə ailə qurub, lakin KİV-lərə bu barədə yalnız indi məlum olub.

Xəbərdə bildirilir ki, D.Qrin ABŞ-a qayıdıb. O, ABŞ-da həbs edilib. D.Qrin hökumətlə əməkdaşlıq etməyə razılaşıb. Məhkəmə D.Qrin barəsində 2 il həbs cəzası qərarı verib. Ötən il yayda D.Qrin azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci ilin oktyabr ayında "CNN" telekanalı məlumat verib ki, 39 yaşlı D.Kaspert ABŞ aviasiyasının hücumu zamanı Suriyada ölüb. D.Kaspert ABŞ Dövlət Departamentində əsas təhlükəli beynəlxalq terrorçuların siyahısında olub.

 


Paylaş:


Müəllif : Tarix:
2-05-2017, 09:15
  


loading...
Загрузка...