X
Aralıq dənizində daha bir faciə - 80 miqrant batdı » Regionxeberleri.com Aralıq dənizində daha bir faciə - 80 miqrant batdı » Regionxeberleri.com

reklam
» » Aralıq dənizində daha bir faciə - 80 miqrant batdı

reklam

Aralıq dənizində daha bir faciə - 80 miqrant batdı

Qeyri-leqal yolla Avropaya keçmək istəyən miqrantların batması ilə nəticələnən irimiqyaslı gəmi qəzası baş verib.
 
APA-nın “ANSA” agentliyinə istinadən verdiyi məlumata görə, Aralıq dənizində göyərtəsində miqrantlar olan gəmi batıb.
 
Hadisə nəticəsində azı 80 nəfərin öldüyü bildirilir.  İtaliyaya üz tutan gəmi Liviyadan dənizə çıxıb. Məlumata əsasən, sağ qalan 40 nəfər İtaliyanın Potsalo limanına gətirilib.  
 
Beynəlxalq Miqrasiya Təşkilatının son hesablarına əsasən, ilin əvvəlindən dəniz yolu ilə Avropaya 43 mindən çox miqrant daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən 1089 nəfər ölüb.


Paylaş:


Müəllif : Tarix:
8-05-2017, 09:15
  


loading...