reklam
» » TRAMP DÜNYANI HARA SÜRÜKLƏYİR? – 3 istiqamətli qeyri-müəyyənlik

reklam

TRAMP DÜNYANI HARA SÜRÜKLƏYİR? – 3 istiqamətli qeyri-müəyyənlik

 “Prezident Donald Trampın ilk xarici səfəri zamanı onun gözlənilməz hərəkətlərinin hədsiz çox olması daha aydın şəkildə üzə çıxmağa başlayır. Amerikanın müttəfiqlərinin əksəriyyəti həyəcanlı və çaşqındırlar. Çin və Rusiya başda olmaqla, Amerikaya qarşı olanlar isə, baş verənlərdən öz xeyirləri üçün faydalanmağa çalışırlar”. Bu fikirlər Böyük Britaniyanın “Financial Times” qəzetində işıq üzü görən məqalədə yer alıb. “AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra bildirilir:

“Problem ondadır ki, Tramp xarici ölkələrə biznes rəqibi kimi yanaşır. Onun fikrinə görə, rəqibləri ya heyran qoymaq lazımdır, ya da onları meydandan sıxışdrıb çıxarmaq gərəkdir. Prezident bunu “sövdələşmə məharəti” adlandırır. Lakin nə olacağı bəlli olmayan diplomatiya çox təhlükəlidir və xüsusən də burada söhbət Amerika siyasətinin ardıcıllığının müttəfiqlərə inandırılmasından gedirsə. Çünki bu ölkələr öz qlobal strategiyalarını ABŞ-ın sabitliyi və etibarlılığı üzərində qururlar.

Nə vaxt ki, Tramp Amerikanın başlıca öhdəliyinin NATO və Şimali Amerika Azad Ticarət zonasından ibarət olduğuna işarə vurusa, deməli o digər ölkələrin Amerikaya etibar etməsinin mümkünlüyünə sarsıdıcı zərbə vurur.
Əgər ABŞ-ın rəhbərlik etdiyi alyans bütün beynəlxalq təhlükəsizlik sisteminin dayağıdırsa, onda Trampın yanaşmasına görə, yerdə qalan ölkələr onlar üçün əhəmiyyətsizdirlər. Və beləliklə ümumi yekunda bu, dünyadakı sabitliyə təhlükədir. Trampın öz müttəfiqləri Səudiyyə Ərəbistanı və İsrailə sakitləşdirici bəyənatlarla müraciət etməsi faktı onu göstərir ki, o, bunu Brüsseldə də edəcək. Ancaq bütün bunlar ABŞ prezidentinin bundan öncə yaratdığı qeyri-müəyyənliyi ortadan qaldırmır.

tramp

Faktiki olaraq, hal-hazırda dünya cənab Trampla bağlı üç istiqamətli qeyri-müəyyənliklə qarşı-qarşıyadır.

Birincisi, prezidentin siyasi kursudur.

İkincisi, onun temperamentidir.

Üçüncüsü isə, Trampın vəziyyətinin dayanıqlığıdır.

Hadislərə gələcəyin fonundan yanaşsaq, hazırda Vaşinqtonda yaşanan qalmaqallar bir ildən sonra Trampın öz vəzifəsində qalıb-qalmayacağı sualını doğurur.

Siyasi səviyyədə cənab Tramp artıq bir neçə başgicəlləndirici manevrlər edib. Özünün Səudiyyə Ərəbistanı səfərində islamı dünyanın ən böyük dinlərindən biri adlandırıb. Amma o, bundan öncə bütün müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulmasına çağırırdı. Prezident bildirmişdi ki, NATO artıq öz ömrünü başa vurub, lakin sonradan bu dediklərini təkzib etdi. Tramp Çini valyuta manipulyatoru adlanırırdı. Bir qədər sonra isə fikrini dəyişdi.

O, Yaxın Şərqə edilən humanitar müdaxiləni qınayırdı, sonra rejimin kimyəvi silahdan istifadə etməsinə görə, Suriyaya raket zərbələri yağdırdı. Tramp gah Brexiti, gah da Avropa Birliyini tərifləyir. Onun Rusiya ilə münasibətləri baş sındırılmalı və müəmmalı tampacadır.
Bəli, prezident Obamanı da hərdən müttəfiqlərinə qarşı sabitsizlikdə ittiham ediblər. Özünün Səudiyyə Ərəbistanı və İsrail səfərindən başlamaqla, cənab Tramp Obama administrasiyasından narazı olan iki ölkə ilə yaxşı əlaqə qurmağa cəhd göstərir.

tramp

Lakin Səudiyyə Ərəbistanı və İsrail Trampın seçilməsinə sevinsələr də, onlar da Ağ Evin birmənalı olmayan mövqeyindən narazıdırlar. Tramp öz seçki kampaniyası zamanı İran ilə bağlanmış nüvə sazişini pozacağını söz verib. Bildiyimiz kimi, bu saziş Səudiyyə Ərəbistanının qəti olaraq xoşuna gəlmir. Ancaq Ər-Riyadda İran haqqında sərt sözlər söyləməsinə baxmayaraq, Tramp hələlik bu sazişin şərtlərinə riayət edir. O, həmçinin ABŞ-ın İsraildəki səfirliyini Yerusəlimə köçürəcəyini bildirmişdi. Amma indi görünür ki, Tramp fikrini dəyişib.
Hər iki halda ABŞ prezidenti düzgün qərar verərək, məntiqsiz seçki vədlərindən imtina edib, lakin bu həm ölkədə, həm də xaricdə onun barəsində söylənlən “sözünə güvənilməyən” adam təəssüratını ortadan qaldırmır.
Yaranan şübhələr cənab Trampın şəxsiyyətinin xüsusiyyəti və temperamenti ilə bağlıdır və bu şübhələr Ağ Evdən gələn hər bir kəskin ”tvit”lərlə daha da sürətlənir. ABŞ-ın hər bir müttəfiqi indiki administrasiyanın öhdəliklərinə güvənmək haqqında qərar verməmişdən öncə iki dəfə düşünməlidir.

Bəs, əgər cənab Tramp öz mövqeyini dəyişərsə? Əgər onun prezident hakimiyyəti səs-küylü şəkildə uçub dağılarsa, onda onun administrasiyası ilə çox sıx yaxınlaşmanın hesabı verilməyəcəkmi?
Tramp dövründə Amerikanın beynəlxalq rolu barədə suallar meydana çıxır. Beynəlxalq arenada Amerika ilə aktiv rəqabət aparan ölkələr belə bir vəziyyətdən faydalanırlar ki, bu da tamamilə təbii haldır. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Trampla Oval kabinetdə görüşdükdən sonra sevincini çətinliklə gizlədirdi.

Məhz elə onda Donald Tramp həmsöhbətlərinə Federal Təhqiqatlar Bürosunun rəhbərini işdən çıxardığını söyləyib. Bunun səbəbini izah edən Tramp deyib ki, FTB başqanı Komi tamamilə psixdir.
Digər tərəfdən isə, Qərb öz problemləri ilə məşğul olduğu bir vaxtda, Rusiya Balkanlardakı və Yaxın Şərqdəkı mövqelərini möhkəmləndirir. Hazırda Vaşinqtonda yaranan xaos ilə Pekinin özünə əminliyi arasında inanılmaz kontras hökm sürür.

Tramp administrasiyası Ceyms Kominin işdən çıxarılmasının nəticələri ilə məşğul olduqları həmin həftədə, Çin rəhbəri Si Çzinpin 2008-ci il Pekin olimpiadasından sonra ən yüksək səviyyəli xarici qonaqları qəbul edirdi.

tramp

Çinin bütün Avrasiya üzrə infrastrukturlara milyardlarla investisiya tələb edən “Bir qurşaq – bir yol” layihəsi, bu işlə maraqlanan 100 ölkənin nümayəndəsini paytaxt Pekinə cəlb etmişdi. Əgər heç olmazsa vəd olunan obyektlərin yarısı tikilərsə, onda bu Çinə tərəf istiqamətlənmiş böyük iqtisadi və geosiyasi əhəmiyyət daşıyan infrastruktur şəbəkəsinin yaranması deməkdir.
Çinin zənginliyi, uzaqgörənliyi və gələcəyə olan inamı bir çoxlarını “Asiya yüzilliyi” barəsində danışmağa yönəldir. Trampın prezident idarəetməsi isə, bunun əksinə olaraq, Qərbin qürubunun simvoluna çevrilmə riski daşıyır.

 

 



Paylaş:


Müəllif : Tarix:
25-05-2017, 12:01
  


loading...
Загрузка...