reklam
» » Məmurların cəngindəki turizm: nazir prezidentin “Yol Xəritəsi”nə qarşı - Faktlar

Məmurların cəngindəki turizm: nazir prezidentin “Yol Xəritəsi”nə qarşı - Faktlar

 
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezidentin “Strateji Yol Xəritəsi”nə qarşı fəaliyyətini davam etdirir

Nazir turizm sektorunun inkişafında dönüş yaradacaq layihənin icrası istiqamətində hər hansı müsbət fəaliyyəti ilə diqqət çəkmir.

Ölkənin turizm sektoru yerində saymaqla məşğuldur.

Gürcüstan təkcə Yeni ildə milyonlarla turist qarşılayarkən Azərbaycanda hər hansı canlanma müşahidə edilmədi.

Ölkənin xidmət sektoru, hotellərin qiyməti, hostel sahəsinin inkişafı, turizm firmalarının fəaliyyəti stimul, turist axınının təşkilində təbliğat işləri olduqca aşağı səviyyədədir.

Ə.Qarayev turizm mərkəzləri, istirahət guşələri və hotellər, restoranların işinin yüksəlməsində, qiymətlərin tənzimlənməsində heç bir kompleks tədbirlər həyata keçirməyib.

Üstəlik, nazir deyib ki, yeni yaradılmış Turizm Şurası ölkəmizin turizm sənayesinin inkişafına müsbət təsir göstərəcək.

Ə.Qarayev bildirib ki, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün prioritet məsələ "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq: "Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvələrimizi səfərbər etməliyik".

İndiyə qədər turizmdə bir qarış da irəliləyişə nail olmayıb .

Ölkədə keçirilən bütün tədbirlərin əsas hədəfi kimi, ölkəyə turistlәrin cəlb edilməsi qeyd edilir. Belə ki, bu tədbirlərdə ölkəyə çoxlu sayda turist gələcək, bununla ölkə tanınacaq və valyuta axını da müəyyən qədər təmin ediləcək. Amma bu iddialar o qədər də səmimi səslənmir.

Çünki, ölkəyə turist cəlb etmək istəyən bir hökumət tarixi abidələri ardarda dağıtmamalıdır. Bu gün paytaxtda əsrin əvvəllərində tikilən binaların sökülməsi prosesi gedir.

Eyni zamanda bölgələrdə olan turizm məkanlarının infrastrukturları yartmaz səviyyədədir. Ekspertlərin fikrincə turistlər ölkəyə modern binaları görməyə deyil, hər bir ölkəyə xas olan özəl abidələri seyr etməyə gəlirlər. Ölkədə turizm sektorunun acınacaqlı duruma salınması bu yanlış siyasətin yalnız bir qoludur.

Ölkənin turizm potensialı günü-gündən məhv edilir. Bu fikirləri Xəzər dənizinin vәziyyәti ilə bağlı da rahat şəkildə söyləmək olar.

Xəzər dənizinin çirklənməsinin yüksək həddə olması, çimərliklərə gələn əcnəbilərin sayını azaldır. Eyni zamanda digər turizm mərkəzlərimizin durumunun bərbad olması bunu deməyə əsas verir. Azərbaycanın həqiqətən də turizm potensialı var.

Bu potensial ölkəmizin müxtəlif bölgələrində mövcuddur. Azərbaycanın çox səfalı guşələri, zəngin tarixi abidələri var, Zaqatala, Şəki, Oğuz, Qəbələ və s. kimi ciddi turizm potensialları var.

Bu turizm potensiallarının inkişaf etdirilməsi üçün heç bir iş görülmür, üstәlik, bunlar ölkədə məmurlara bağlı olan oliqarxların təsir dairələrindədir. Onlar da həmin obyektlərdən şəxsi əmlak kimi istifadə edir və acınacaqlı duruma salırlar. Nəticədə də ölkənin turzim potensialı getdikcə dağıdılır.



Paylaş:


Müəllif : Tarix:
10-01-2017, 00:54
  
loading...