reklam
» » "Yusif Hümbətov idarəmizin torpaq ərazilərini ələ keçirib" - ŞİKAYƏT

reklam

"Yusif Hümbətov idarəmizin torpaq ərazilərini ələ keçirib" - ŞİKAYƏT

Regionxeberleri.com bildirir ki, Pravdainfo.org-un elektron poçtuna daxil olan şikayət məktubundan məlum olur ki, Prezident H.Əliyevin fərmanı ilə Dövlət Material Ehtiyatları Nazirliyinin bazasında təşəkkül tapmış və 1996-cı ildən fəaliyyətinə xeyir-dua verilmiş «Azkontrakt» Dövlət Korporasiyası müəyyən səbəblərdən özünü doğrultmasa da, fəaliyyəti uzun illər olmasa da, indii kollektiv özəlləşməyə gedə bilmir. Xüsusən də «Azərmetal» Topdansatış Ticarət Birliyinin kollektivi. Redaksiyamızın elektron poçtuna daxil olan və Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlı şikayət məktubunda problemin kökü ətraflı yazılıb. Bu barədə az sonra bəhs ediləcək. Hələlik qısaca olaraq deyək ki, şikayət məktubunda 4 ildən çoxdur əmək haqqı ala bilməyən «Azərmetal» Topdansatış Ticarət Birliyinin kollektivi idarə əmlakının özəlləşməyə verilməsi barədə Prezident sərəncamı olmasına baxmayaraq, bu günə kimi idarə əmlakını özəlləşməyə çıxara bilmirlər: «…Cənab Prezident! İdarəmizin H.Əliyev prospektində, «Atletlər kəndi» ilə üzbəüzdə yerləşən inzibati binası və torpaq sahəsi uzun illər əvvəldən ayrı-ayrı kənar adamlar (məmurlar) tərəfindən ələ keçirilib özgəninkiləşdirildiyindən biz hazırda çıxılmaz vəziyyətdə qalmışıq. Belə ki, «Azərsutikinti» SC-nin sədri, Prezident Administrasiyasının sabiq şöbə müdiri olmuş Yusif Hümbətova öz səhmdar cəmiyyətini özəlləşdirib satıb-sovurması bəs etməyib, girişib bizim idarənin ərazisini ələ keçirməyə. Və bazamızın torpaq sahəsini elə formada özəlləşdirib ki, 12 ha sahədən bizə qalan 85 sot torpaq sahəsini necə özəlləşdirəcəyimizi bilmirik. Yusif Hümbətov faktiki olaraq bizi oyundan kənar vəziyyətə salıb, torpaq sahəmizi elə bir kökə salıb ki, eskiz sənədlərindən heç bir memar belə baş çıxara bilmir, o cümlədən Dövlət Əmlak Komitəsinin mütəxəssisləri…».

Bəs Yusif Hümbətov «Azərmetal» kollektivindən nə istəyir?

Ölkə Prezidentindən kömək istəyən kollektivin qaldırdığı ciddi problemlə bağlı araşdırma aparmalı olduq. Məlum olur ki, adı çəkilən baza Prezident Heydər Əliyevin 1996-cı il 17 dekabr tarixli fərmanı ilə yaradılmış «Azkontrakt»ın tabeliyindədir. Prezidentin həmin tarixi fərmanında yazılır:
«Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
İdarəetmə strukturunun təkmilləşdirilməsinin həyata keçirilməsinin təmin edilməsi üçün maddi-texniki təchizatın, o cümlədən dövlət ehtiyaclarının təminatı sahəsinin müasir iqtisadi münasibətlərə uyğun qurulması məqsədilə qərara alıram:
1.Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin əsasında açıq tipli Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» Səhmdar Cəmiyyəti yaradılsın.
2.Müəyyən edilsin ki, ilkin mərhələdə cəmiyyətin səhmlərinin 100 faizi dövlətə məxsusdur.
3.«Azərkontrakt» Səhmdar Cəmiyyətinə Aəzərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsürrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təkşilatlarına köməklik edilməsi tövsiyyə edilsin.
4.Azərbaycan Respublikaksının Dövlət Əmlak Komitəsi Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan lazımı tədbirlərin həyata keçirilməsini təmin etsin.
5.Azərbaycan Respublikası prezidentinin «Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsinin Azərbaycan Respublikasının Material Ehtiyyatları Nazirliyinə çevrilməsi haqqında» 1992-ci il 29 may tarixli 801 saylı və «Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında» 1992-ci il 21 avqust tarixli 148 saylı fərmanları öz qüvvəsini itirmiş hesab edilsin.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev
Bakı şəhəri, 17 dekabr 1996-cı il».
Və «Azərmetal» Topdansatış Ticarət Birliyinin kollektiviyby, «Azkontrakt»ın fəaliyyətsiz olduğu ötən 21 il ərzində öz əli, öz başı olub. Amma son illər «bıçaq boğaza» dirənib, artıq 4 ildən çoxdur kollektiv əmək haqqı ala bilmir. Belə bir idarə isə artıq çoxdan özəlləşməyə verilməli idi. Amma məlum olur ki, kollektiv dura-dura kənar şəxslər idarənin əmlakını dədə malı kimi ələ keçirməyə girişiblər… Onlardan biri və ən problemlisi isə «Azərsutikinti» SC-nin sədri Yusif Hümbətovdur…
Ən pisi odur ki, vaxtilə 12 hektar sahəsi olan idarənin indi cəmi 0,85 ha torpaq sahəsi qalıb. «…Hamısı satılıb. Şikayətimizin də məzmunu və mahiyyəti ondan ibarətdir ki, bu torpaq sahələri bizə aidiyyəti olmayan adamlara satılıb, bunu da bağışlamaq olar, amma bizə qalan 85 sot torpağı isə özümüzə, öz kollektivimizə özəlləşdirməyə imkan vermirlər. Artıq bıçaq boğaza dirənib, istəyirik ki, səsimizi ölkə Prezidenti, ölkənin baş naziri, digər Dövlət qurumlarının rəhbəri eşitsinlər. Bu qədər ədalətsizlikmi olar? Azərbaycanda metal sahəsində ən böyük baza olmuşuq əvvəllər. «Azkontrakt»ın balansına veriləndən tam fəaliyyətsizik. 1996-cı ildə 123 nəfər idik, indi 3 nəfər qalıb… Bazanın özəlləşməsi haqqında biz dəfələrlə məsələ qaldırmışıq, buna baxmayaraq heç bir vaxt «Azərmetal»da, bizim sistemdə, bizim strukturda işləməyən adamlara ərazilərimizi satıblar, özəlləşdiriblər, bizim kollektivin üzvlərindən başqa… Məsələn, Mirzə Ramazanov adlı şəxsə 1 ha 20 sot torpaq veriblər, bizim ərazidə, hətta darvazadan girib-çıxmaq yerimiz də qalmayıb, uzun müharibədən sonra icazə almışıq ki, icazə verin qapımızdan 21 ildir fəaliyyətdə olan doğma idarəmizə keçək. Belə də ədalətsizlik olar?», -deyih hələ neçə il əvvəl KİV-lərə müsahibəsində «Azərmetal»ın baş direktoru Şahin Abbasov. Amma ötən müddətdə yuxarı dairələrdə söz veriblər ki, kollektiv özəlləşməyə ilk növbədə gedəcək. Amma, atalar demiş, sən saydığını say, gör Yusif Hümbətovun qaynı Mirzə Ramazanov nə deyir…

«Rayonlarda adi bir çayxananı özəlləşməyə verirlər, biz Bakının mərkəzində özəlləşməyə gedə bilmirik, çünki…»

Şikayət məktubunda o da qeyd olunur ki, kollektivin vaxtilə 12 hektar 75 sot torpaq sahəsi olub. 12 ha 75 sotun isə 1 hektar 20 sotu nazirlərdən birinə, 6,1 hektarı Sumqayıt sonradan yaradılmış qurama bir MMC-yə satılıb. Vaxtilə 2,1 ha ərazi üzərində mübahisə gedəndə isə 90 sot ərazi kollektivin işçisi Elçin Nuriyevin adına sənədləşdirilib, icarə müqaviləsi bağlanıb. Məqsəd heç olmasa bu ərazinin əldən getməsinin qarşısı alınsın, bu sahə də kollektivin payı olsun. Uzun müddətə müqavilə bağlanır, 60 min manatdan çox icarə haqqı ödənilir və s. Amma sonradan kollektivin bu sahəni özəlləşdirilməsinə imkan verilmir. Bu barədə dəfələrlə Kərəm Həsənova, «Azkontrak»ın prezidenti Miri Qənbərova müraciətlər yazılır, amma nə fayda?! Kollektivlə bərabər bir gün fərqi ilə, iki müqavilə bağlanır. Nömrələri-3804 və 3805. «Azərmetal»ın sahəsi (müqaviləsi) özəlləşməyə verilmir, amma 3805 saylı müqaviləli ərazi özəlləşməyə verilir. Bəs buna səbəb nədir? Rəsmiyyətdən kollektivə bəhanəli cavablar verilir, Əmlak Komitəsinin sədr müavini Rauf Cəlilovun, Rüstəm Şahbazovun imzaları ilə. Hətta çox maraqlıdır ki, Abşeron topdansatış müəssisəsi 1 hektar 0,4 sot və 1 hektar 40 sot sahəni özəlləşdirəndə belə yenə də kollektiv kənarda qalır.

Baş nazirin sərəncamı havadan asılı vəziyyətdə…

«Baş nazir A.Rasizadə
05.07.1997-ci il, 131 saylı sərəncam
"Azərkontrakt" Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı
-"Azərmetal" topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi ("Azərkontrakt" Səhmdar Cəmiyyəti)
-«Azərmaşavadanlıq» idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və
M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları («Azərkontrakt» Səhmdar Cəmiyyəti)
-«Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi», "Azəryüngülyeyintisənaye" və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları(«Azərkontrakt» Səhmdar Cəmiyyəti)
-"Azkontrakt" Səhmdar Cəmiyyəti ("Azərkontrakt" Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
-Texniki vasitələrin kirayə müəssisəsi-"Azərkirayə" («Azərkontrakt» Şəhmdar Cəmiyyəti)
-"Azərətsüd"- icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi-2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
-«Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti "Azərbaqqaliyyə" kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi).
-«İstehsalat avtoekspedisiya» birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət \Nazirliyi)
-"Azintreyd" xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
-Qax rayonunda yerləşən istirahət evi ("Azərkontrakt" Səhmdar Cəmiyyəti)
A.Hacıyev, Nazirlər Kabinetinin işlər müdiri
A.Hacıyev».
Beləliklə, dövlətin birbaşa təsis etdiyi, prezident sərəncamı ilə böyük səlahiyyətlər əldə edən «Azkontrakt» SC-nin tabeliyində olan müəssisələr hələ də özəlləşməyə verilə bilmir. Halbuki baş verənlərin hamısı «Özəlləşmə haqqında» Qanunun, Prezident sərəncamlarının tamamilə ziddinədir. Və bu ziddiyəti yaradanlar biri də «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri Yusif Kərim oğlu Hümbətovdur (conflict.az/).
***
...1978-1980-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda baş elmi işçi, 1980-1984-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi, 1984-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsində təlimatçı, bölmə müdiri işləyən Y.Hümbətov birdən-birə sahəsinə qətiyyən aid olmayan «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunur. Mətbuat Yusif Hümbətovunhəmyerliləri olan sabiq səhiyyə naziri Əli İnsanovun, həmçinin Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyevin köməyi ilə məsul vəzifələrdə irəli çəkildiyini yazır… Və nəhayət, «Azərsutikinti» SC artıq özəlləşməyə verilib. Mətbuatın yazdığına əsasən deyə bilərik ki, Y.Hümbətovun bu özəlləşmədən əldə etdikləri yetərincədir. Məsələn, «…onun paytaxt ərazisində restoranlar şəbəkəsi, bir neçə şadlıq evi, irili-xırdalı müxtəlif istehsal sexləri, Xızı rayonunda hektarlarla ərazisi və fermer təsərrüfatları mövcuddur. Bundan başqa, o, yaxınları vasitəsilə ölkədən kənarda da işgüzar fəaliyyətlə məşğuldur. Məsələn, «Azərsutikinti»nin rəhbərinin Çexiyada dəyəri milyonlarla ölçülən villası, bəzi postsovet ölkələrində gəlirli biznes obyektləri var. Onu da vurğulamaq lazımdır ki, əgər müvafiq qurumlar «Azərsutikinti» Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan müəssisələrin özəlləşdirilməsi prosesi ilə bağlı obyektiv araşdırma aparsalar, o zaman hələ də çoxlarına bəlli olmayan maxinasiyaların üstü açıla bilər» və sair…
***
Bütün bunların fonunda Yusif Hümbətov 4 ildən çoxdur əmək haqqı almayan «Azərmetal» kollektivinin haqqına da göz dikməsi başadüşülən deyil… Bu barədə isə növbəti yazıda-kollektivin Prezident İlham əliyevə və Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətində ətraflı bəhs olunur…
(Davamı var)


Paylaş:


Müəllif : Tarix:
26-05-2017, 15:32
  


loading...
Загрузка...