MAXE olmaq istəyən idmançını orduya götürmürlər - “Rövşən Əkbərov şəxsən...” » Regionxeberleri.com MAXE olmaq istəyən idmançını orduya götürmürlər - “Rövşən Əkbərov şəxsən...” » Regionxeberleri.com

reklam
» » MAXE olmaq istəyən idmançını orduya götürmürlər - “Rövşən Əkbərov şəxsən...”

reklam

MAXE olmaq istəyən idmançını orduya götürmürlər - “Rövşən Əkbərov şəxsən...”

Goranboydakı N saylı hərbi hissələrin birində vətənə xidmət etmiş İlkin Abışov adlı gənc yenidən orduya qayıdıb, vətənə xidmət etmək istəsə də, arzusuna çata bilmir.

Bu barədə BakuPost.az-a danışan İ.Abışov bildirib ki, 2010-cu ildə hərbi xidmətə çağırış gəlsə də, əsgərliyə aparılmayıb. Buna səbəb kimi İlkinin hər iki valideynini itirməsi və himayəsində olan bacılarından birinin yetkinlik yaşına çatmaması göstərilib.

Amma vətənə xidmət arzusunda olan gənc 2011-ci ildə könüllü olaraq orduya yazılıb və 2013-cü ilədək cəbhədə xidmət edib.

İ.Abışov deyir ki, təzədən orduya qayıtmaq, gizir və yaxud MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) olmaq istəsə də, onu qəbul etmirlər: "Mən idmançıyam, güləş üzrə Şəmkirdə keçirilən yarışda 3-cü yer tutmuşam, general Rövşən Əkbərov şəxsən mənə təşəkkür edib. Orduda xidməti dövrümdə fərqlənmə, fəxri fərman, təşəkkürnamə almışam.

Ancaq məni orduya qəbul etmirlər. Mənə deyilir ki, gözlərindən birinin görmə qabiliyyəti mənfi 4-dür. Amma MAXE kimi orduya yararlıyam və qanun buna icazə verir.

Görmə qabiliyyəti mənfi 5 olan biri var, hazırda Beyləqanda N saylı hərbi hissədə xidmət edir. Amma məni niyəsə qəbul etmirlər”.

İ.Abışov Zabitlər Evinə yazılmağa gedib, amma yüksək vəzifəli şəxslərin qəbuluna düşə bilməyib. O, bu işdə tanışlıq məsələsinin də rol oynadığını iddia edir: "Mən vətənimə xidmət etmək istəyirəm. Tanışım yoxdur deyə məni orduya qəbul etmirlər”.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci və 36.1.1-ci maddələrinə uyğun olaraq, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil ola bilər.

Məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət edə bilməz.
 


Paylaş:


Müəllif : Tarix:
31-05-2017, 12:22
  


loading...