X
Vətəndaş süründürməçiliyə görə nazirə müraciət etdi- MÜRACİƏT » Regionxeberleri.com Vətəndaş süründürməçiliyə görə nazirə müraciət etdi- MÜRACİƏT » Regionxeberleri.com

reklam
» » Vətəndaş süründürməçiliyə görə nazirə müraciət etdi- MÜRACİƏT

reklam

Vətəndaş süründürməçiliyə görə nazirə müraciət etdi- MÜRACİƏT

 
RegionXeberleri.com
-a Bakı şəhər Binəqədi rayon DYP-nin alt hissəsi 2-ci məhəllədə yaşayan Qarayev Aydın Mahmud oğlu tərəfindən ərizə daxil olub.Narazı vətəndaş mətbuat vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova müraciət edir.Həmin ərizəni olduğu kimi dərc edirik;

"Cənab Nazir beş nəfərdən ibarət ailə üzvüm var. Ailəmin adam başına düşən gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olduğu üçün aztəminatlı ailə kimi dördü aprel 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 fevral 2016-cı il 37 nömrəli qərarına əsasən müraciətim Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən 177567700004303 nömrə ilə baxılması üçün qəbul edildi.Qəbul edilən kimi bildiriş gəldi ki onbeş iş günündə cavab veriləcək.  Baxmayaraq ki,onbeş iş günündə mənim müraciətim cavablandırılmalıdır əllidən çox iş günü keçib bu günə kimi  mənə cavab verilməyib.Mən dəfələrlə 142 qaynar xəttə zəng etsəmdə mənə cavab verən nazirliyin əməkdaşları hər dəfə deyirlər ki,gözlə. Nə vaxda kimi gözləyim sualını verəndə isə cavab verirlər ki, "bunu VEMTAS sistemi (yəni kompyuter) cavab verir biz bilmirik" . Mənim üç azyaşlı uşağım var. Altı, beş və üç yaşında.  
Ona görədə sizdən xahiş edirəm mənim müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və Vahid Elektron Təyinat Alt Sistemi tərəfindən baxılması üçün qəbul edilmiş müraciətimə  araşdırılıb cavab verilməsinə köməklik göstərəsiniz."

RegionXeberleri.com


Paylaş:


Müəllif : Tarix:
19-06-2017, 00:48
  


loading...