reklam
» » "Unibank" sahibkarı boğaza yığıb - "...girovda olan mülklərimi yandıracam"

reklam

"Unibank" sahibkarı boğaza yığıb - "...girovda olan mülklərimi yandıracam"

«Məni boğaza yığıblar, həyatımdan bezdiriblər. Bircə yolum qalıb ki, girovdakı mülkləri od vurub yandırım. Belə də olacaq. Min əzabla əldə etdiklərimi əlimdən almağa qalxıblar. Bankdan götürdüyüm krediti azı üç dəfə artıqlaması ilə qaytarmışam. Yenə də əl çəkmirlər». İsmayıllı sakini, kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov bir müddət əvvəl «Unibank»dan götürdüyü kredit borcuna görə bank tərəfindən sıxışdırıldığını yazır.

Sahibkar bankdan 95 min dollar kredit götürüb ki, sahibkarlıq fəaliyyətini genişləndirsin. O, kiçik obyekti böyüdüb və yeni iş yerləri açıb. Ancaq elə ilk devalvasiya ona uğursuzluq gətirib: «Birinci devalvasiyadan sonra bankın təklifi ilə ödənişləri yeni qaydayla etməyə başladım. Ancaq ikinci devalvasiyada sanki bank da «qəddarlaşdı». Dəfələrlə müraciət etdim ki, mənə güzəştlər tətbiq olunsun. İllərdir ki, bankın intizamlı müştərisi olmuşdum. Buna baxmayaraq, məni çökdürdü. Başqa müştərilərə yeni şərtlərlə müqavilənin uzadılması təklifi etsə də, mülklərimi ələ keçirsin deyə, o güzəştləri mənə etmədi».

Bank borcun girovda olan üç evə və obyektə yönəldilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə də iddianı təmin edib. Ancaq sahibkar məhkəmənin qərarını ədalətsiz sayır: «Bankın güzəştlə bağlı müraciətlərimi cavabsız qoyması ilə bağlı məsələ qaldırdım. Necə olur ki, bank özü müştərilərə yalvarır ki, «gəlin, qalan borcu manata çevirib, aylığı azaldıb kreditin müddətini uzadaq». Ancaq mən özüm gedib yalvardım ki, bu güzəşti mənə də tətbiq edin, mənə nə «hə», nə «yox» dedilər. Vaxtı uzadıb sonra da məhkəməyə verdilər ki, mülklərimi əlimdən alsınlar. Burda yalnız bir çirkli məqsəd var - o da mənim mülklərimi ələ keçirmək... Ancaq and olsun Allaha ki, o mülklərin biri də banka qismət olmayacaq. Hamısını od vurub yandıracam. Bunlar nə oyun çıxarırlar, bunlar xalqı evsiz-eşiksiz, küçələrdə buraxırlar».

«Unibank»dan bildirilib ki, vaxtilə bank müştəriyə güzəştlərlə bağlı müraciət edib, lakin müştəri özü danışıqlardan boyun qaçırıb. Artıq məhkəmə öz qərarını verib. Cavabdeh qərardan razı qalmayıbsa, növbəti hüquqi addımlarını atsın.


Paylaş:


Müəllif : Tarix:
20-06-2017, 15:07
  


loading...
Загрузка...