X
“Hakimlər Eldar Mahmudovu məhkəməyə dəvət etmək gücündə deyillər” - İDDİA » Regionxeberleri.com “Hakimlər Eldar Mahmudovu məhkəməyə dəvət etmək gücündə deyillər” - İDDİA » Regionxeberleri.com

reklam
» » “Hakimlər Eldar Mahmudovu məhkəməyə dəvət etmək gücündə deyillər” - İDDİA

reklam

“Hakimlər Eldar Mahmudovu məhkəməyə dəvət etmək gücündə deyillər” - İDDİA

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə son məhkəmə prosesi zamanı sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun məhkəməyə gətirilməsi tələb olunub.
Belə ki, sözügüdən məhkəmə prosesində “Biz məhkəmədə Eldar Mahmudovun dindirilməsini istəyirik. Burada deyirlər ki, vətəndaşların MTN-ə dəvət olunmasına nazir və nazir müavinlərinin göstərişi və səlahiyyəti çərçivəsində olub. Buna görə də sabiq nazirin dindirilməsi vacibdir. Eldar Mahmudov burada cavab verməlidir”, deyə qeyd edilib.
Məhz bu mövzu ilə bağlı Gununsesi.info-ya danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Eldar Mahmudovun generalların tələbiylə məhkəməyə gətirilməsi gerçəkləşməyəcək.
Ekspert hesab edir ki, əslində, sabiq nazir indiyədək gedən proseslərdə azı 100 dəfə məhkəməyə gətirilməliydi. “Əgər Eldar Mahmudov indiyədək məhkəməyə gətirilməyibsə, gətirilməməsinə xüsusi bir münasibət varsa, deməli, aydın məsələdir ki, yenə gəlməyəcək və gətirilməyəcək. Hətta həmin vəsatətlər, iddialar dəfələrlə qaldırılsa belə. Çünki sabiq naziri qoruyan əl yenə də onu qoruyacaq. Elə bilməyin ki, o, özü-özünü qoruyur. Düzdür, Eldar Mahmudov özü-özünü qoruyur, lakin onu qorumağında görünür elə faktlar, məsələlər var ki, müdafiə edən də onu müdafiə etməyə məcburdur. Ona görə də zərərçəkəndən tutmuş, hazırda ittiham olunan müqəssirlərin – tutulan şəxslər, sabiq MTN-nin generallarınadək – Eldar Mahmudovu ora dəvət etməsi heç nəyi dəyişməyəcək. Yəni heç bir hakim məsələni həll edə bilməyəcək. Çünki hakimlər onu məhkəməyə dəvət etmək gücündə deyillər. Bu prosesi aparan hakimlər əvvəlcədən bu barədə təlimatlandırılıblar”-, deyə o, bildirib.


Paylaş:


Müəllif : Tarix:
28-06-2017, 16:18
  


loading...