» » Mehman Hüseynov məhkəməyə aparılıb

Mehman Hüseynov məhkəməyə aparılıb-VİDEO

 
Mehman Hüseynov hazırda Nəsimi rayon məhkəməsindədir. Vəkil Elçin Sadıqov məlumat verib ki, bloggerin məhkəmə prosesi saat 15-də başlayacaq.

Son məlumata görə, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin tələbinə tabe olmamaq) maddəsi ilə ittiham olunur. O, hazırda Nəsimi məhkəməsindədir. Məhkəmənin önünə çoxlu sayda ictimai fəal toplaşıb.

Yanvarın 9-u axşam saatlarından yoxa çıxan videobloqqer Mehman Hüseynovun yeri deyəsən, nəhayət bilinib. Vəkil Elçin Sadıqovun facebook səhifəsində yazdığı son məlumata görə, M.Hüseynovu Nəsimi rayon 22-ci polis bölməsi saxlayıbmış. Nəsimi polisindən vəkilə bildiriblər ki, M.Hüseynov Nəsimi rayon məhkəməsinə aparılır. Vəkil məhkəməyə getdiyini qeyd edib.

https://www.facebook.com/QurbanovCavid/videos/1528572287195797/


Vəkil Elçin Sadıqov da Mehman Hüseynov haqda məlumat ala bilmir. Vəkil facebook səhifəsində yazır:

“BMCMİ-dən bir məlumat vermədilər. İndi buradayam növbətçi hissəsindən dedilər ki, kim tutduğunu deməsəniz (əməliyyatının və ya müstəntiqin adını) biz sizə bir söz deyə bilmərik. Dedikdə ki, müvəqqəti saxlama yerindən öyrənin. Cavab verdilər ki, deyə bilmərik.

Bakı şəhər Baş Polis İdarəsindən də bildirildi ki, Mehman Hüseynovun işi həmin idarədə deyil.

Mehman Hüseynovun axtarışları tərəfimdən davam etdirilir”.



«Əldə etdiyimiz son məlumatlara və bir neçə şahidin dediyinə görə, Mehmanı şəhərin mərkəzində, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, Hiss Klubun yaxınlığında 5 nəfər mülkigeyimli şəxs ağzını tutub, maşına basıb naməlum istiqamətə aparıblar. Bu o deməkdir ki, Mehman ya oğurlanıb, ya da həbs olunub. Başqa variantların hamısı artıq qüvvədən düşür», – Ü.Həsənli yazır.

M.Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov bloqqerin «Sancaq» səhifəsindən canlı yayım edərək onun həbs olunma ehtimalından danışıb:

«Bu gün (9 yanvar) Həzi Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub və naməlum istiqamətə aparılıb. Saxlanılarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib».

Vəkil Elçin Sadıqov da 102 xidmətinə zəng etdiyini yazır: «Ancaq Azərbaycanda adam itkin düşəndən sonra polis idarələrində tapıla bilər. Mehman Huseynov haradasan? 102-yə zəng etdim ki, müvəkkilimi oğurlayıblar. Onlardan cavab gözləyirəm… Sübh tezdən axtarışları davam etdirəcəm».

Hələlik, hüquq-mühafizə orqanlarından məsələyə münasibət almaq mümkün olmayıb.

Son vaxtlar bloqqer öz səhifəsində bir neçə villanın görüntülərini yayıb. O, həmin villaların nazirlərə, deputatlara məxsus olduğunu açıqlayıb. M.Hüseynovu daha öncə Bakı polisinə çağıraraq, ona sosial şəbəkələrdəki statusları ilə bağlı iradlar bildirilmişdi.

Gənc blogger Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında yoxa çıxıb. Bu haqda NİDA-çı gənc Ülvi Həsənli məlumat yayıb:

“Mehman bizdən təxminən 8-in yarısı ayrılıb, başqa bir dostu ilə görüşməyə getdi. Sonra həmin dostu ilə də görüşməyib. Ondan bu yana da xəbər yoxdu, telefonu da bağlıdır”.




Paylaş:


Müəllif : Tarix:
10-01-2017, 14:06
  
loading...