reklam
» » DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin korrupsiya cinayətləri barədə Mehriban Əliyevaya şikayət edildi

reklam

DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin korrupsiya cinayətləri barədə Mehriban Əliyevaya şikayət edildi

RegionXeberleri.com-a Zərdab şəhəri H.Əliyev küçəsi ev 23 sakini Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən müraciət daxil olub.Zərdab sakini mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edir.

"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyevin törətdiyi korrupsiya cinayəti tam subuta yetirilsədə indiyə qədər onun barəsində heç bir tədbir görülməmişdir.Cəzasız qalan korrupsioner müdir azğınlaşaraq korrupsiya əməllərini davam etdirir.

Hörmətli Mehriban xanim təqdim etdiyim cədvəllərdə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin  müdürü Canpolad Vəliyevin törətdiyi korrupsiya faktlaridir. Cədvəllərdə gösdərilir ki, Canpolad Vəliyev Azərbaycan Respublikasının Prezidentinin  fərmanlarının tələblərini bilərəkdən pozaraq dövlətin küllü miqdarda pulunu öz şəxsi maraqları xatirinə təyinatından yayındırmışdır.Bütün bu özbaşinaliqlarin başında dayanan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyevdir. Prezident İlham Əliyevin məmur özbaşınalıqları barəsində verdiyi gösdərişlərdən Əjdər Cəbiyev heç bir nəticə çıxarmır. Bu korrupsioner Canpolad Vəliyevin barəsində ciddi tədbir görülməsinə gösdəriş verməyinizi sizdən xaiş edirəm.,"

RegionXeberleri.com

       


Paylaş:


Müəllif : Tarix:
17-07-2017, 00:18
  


loading...
Загрузка...