reklam
» » Prezidentdən və Mehriban Əliyevadan kömək istəyən Cəlilabad sakini intihar anonsunu verdi - ŞİKAYƏT

reklam

Prezidentdən və Mehriban Əliyevadan kömək istəyən Cəlilabad sakini intihar anonsunu verdi - ŞİKAYƏT

 
RegionXeberleri.com-a  Cəlilabad rayon sakini Nuriyev Faba Ovezovic oglu tərəfindən şikayət məktubu daxil olmuşdur.Narazı vətəndaşın şikayət məktubunu olduğu kimi dərc edirik.

" 2013-ci il tarixdə məni avtomobil vurdu deyə həmin gündən sağlamlığımı tamamilə itirmişəm. Bu avtoqəzadan sonra aldığım xəsarətə görə sağlamlığımı itirdiyim üçün mənə 2-ci qrup əlillik dərəcəsi təyin edildi.Sonradan səhhətim ağırlaşdığı və əmək qabiliyyətimi tamamilə itirdiyim üçün 1-ci qrup əllik dərəscəsi almağa görə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından həkim komisssiyasının müayinəsindən keçdim.Xəstəlik sənədlərim aidiyyatı üzrə Tibbi Sosial Ekspert Komissiyasına göndərildi.12 may 2017-ci il tarixdə TSERAS mənə cavab verib qeyd etdi ki, ikinci qrup əlillik dərəcəsi sağaldığınız üçün 3-cü qrup edilmişdir.Mən bu qanunsuzluq, saxtakarlıq və özbaşınalıq barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya, Milli Məclisin sədri Oktay Əsədova, Azərbaycan Respublikasının Baş Naziri Artur Rəsizadəyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova, Ombudsman Elmira xanım Süleymanovaya, deputat Hadı Rəcəbliyə dəfələrlə şikayət ərizələri ilə müraciətlər etsəmdə ancaq indiyə qədər heç bir tədbir görülməmişdir.

Mən prezidentə səs vermişəm mənim şikayət ərizəmi ona çatdırmırlar ki, bu qanunsuzluqdur.Mən 47 manat təqaüdlə necə dolana bilərəm ki, himayəmdə bir  azyaşlı uşaq var. Bu pul mənim heç dərmanlarıma çatmır.Həmin 47 manatı verim nazir Səlim Müslümova görüm dolana bilər ? Mən tez-rez fizioterapeya keçməliyəm ki, sağalım.Buna isə maddi imkanım yoxdur.Bu özbaşınalıqdan, haqszlıqdan bezmişəm artıq intihar etmək həddindəyəm.Mən mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm mənə qarşı saxtakarlıq və qanunsuzluq etmiş vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görüb 2-ci qrup əlillik dərəcəsinin bərpa edilməsinə köməklik edəsiniz. Əks təqdirdə mən özümü yandırıb intihar edəcəm bunun məsuliyyəti mənə qarşı qanunsuzluq etmiş vəzifəli şəxslərin üzərinə düşəcək.
Ümüd edirəm ki, bu müraciətim prezident İlham Əliyevə və Mehriban xanıma çatacaq və ciddi tədbirlər görüb mənə yaxından köməklik göstərəcəklər.
Əlaqə telefonum; (050) 773-92-82
 
RegionXeberleri.com
 
 


Paylaş:


Müəllif : Tarix:
22-07-2017, 14:48
  


loading...
Загрузка...