» » Rüfət Aslanlı haqqında şok iddia: - Şərab şüşəsi üzərindəki "mesaj"lar deşifrə ediləcəkmi?

Rüfət Aslanlı haqqında şok iddia: - Şərab şüşəsi üzərindəki "mesaj"lar deşifrə ediləcəkmi?

Moderator.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı ilə bağlılığı olduğu iddia edilən foto göndərilib. Fotoda şərab şüşəsi üzərində “Aslanlı” yazılıb.

Müəllif iddia edir ki, Fransa istehsalı olan olduqca bahalı şərabın üzərində yazılan “Aslanlı” ifadəsində MBNP rəhbərindən söhbət gedir. Təbii ki, biz bu iddianın nə dərəcədə həqiqəti əks etdirdiyini sübut etmək imkanından məhrumuq və hətta həmin şərabın istehsalçısı olan dünyaca məşhur şirkətə göndəriləcək sorğuya da cavab alacağımız inandırıcı olmazdı. Biz sadəcə “Google”da axtarış verməklə həmin şərabların olduqca baha olduğunu və bir şüşəsinin 3000-5000, hətta bir neçə 10 min avroya satıldığını müəyyənləşdirə bildik. (Rüfət Aslanlının bir şüşəsinin qiymətinin 18 min avro olan "Petros" şərablarından da vaxtaşırı istifadə etdiyi və ümumiyyətlə onun şərab bilicisi olduğu iddiaları da var)

Eyni zamanda diqqətçəkən bir məqam da şərab şüşəsinin üzərindəki "Aslanlı" ifadəsindən başqa pilləkənlərlə sürətlə yuxarı dırmaşan aslanın fotosu və "dərk et, güclən, yüksəl" şüarıdır. Buradan belə anlaşıla bilər ki, Rüfət Aslanlı düşünüldüyündən də iddialı adamdır və onun əsas hədəfi bank-maliyyə sektoruna nəzarəti tam ələ keçirməklə yanaşı məmur korpusuna da təsir etmə rıçaqlarına sahiblənməkdir.

 


Paylaş:


Müəllif : Tarix:
17-08-2017, 09:52
  
loading...