» » Nazir polis zabitini işdən qovdu

Nazir polis zabitini işdən qovdu

Daxili işlər naziri Ramil Usubov haqqında şikayət edilən Ucar Rayon Polis Şöbəsinin əməkdaşını işdən qovub.

Ucar Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Mürvət Zeynalov işində yol verdiyi ciddi nöqsanlara görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə işdən azad edilib.

Bundan başqa Mürvət Zeynalovun yol verdiyi qanun pozuntuları barədə Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma başlanılıb.
 
Məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin polis zabiti ilə bağlı dəfələrlə şikayət edilib.

RegionXeberleri.com


Paylaş:


Müəllif : Tarix:
19-08-2017, 13:44
  
loading...