» » Ədalətsiz məhkəmələr vətəndaş narazılığı yaradır! – Xaçmazdan şikayət

Ədalətsiz məhkəmələr vətəndaş narazılığı yaradır! – Xaçmazdan şikayət

 
Təqaüddən tam şəkildə məhrum edilən vətəndaş necə yaşasın?

Xaçmaz şəhəri, Xaqani küçəsi – 31 ünvanında yaşayan, təqaüddə olan keçmiş polis zabiti Hüseynov Xanbala Hıcıbala oğlu «AzPolitika.info»-nun poçtuna bir müraciət göndərib. Fəqət, müraciətin mətnindən məlum olmur ki, o, konkret olaraq kimə (və ya kimlərə) ünvanlanıb. Buna baxmayaraq, bəzi mümkün şərhlərlə bərabər, müraciətin anlaşılan hissələrini seçmə qaydasında dərc edirik.

Müraciətin mətnindən məlum olur ki, təqaüddə olan polis zabiti 5 uşaq atası, müharibə veteranıdır (görünür, Qarabağ müharibəsi veteranı), hələ də kirayədə yaşayır və bir neçə banka kredit borcu var.

Yazdığına görə, Xanbala Hacıbala oğlu 40 ildən artıq daxili işlər orqanlarında işləyib, Moskva olimpiadası zamanı Moskva şəhərində qulluq keçib və medalla təltif olunub.

Müraciət sahibinin borclu olduğu banklardan biri də «Bank of Baku» bankıdır. O, yazır: «Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Gülnarə Tağızadə heç bir qanuna riayət etmədən, bankın mənafeyini insan meyarından üstün tutaraq, qeyri-qanuni qərar qəbul edib. Mənim digər banklara ödənişlərin olduğuna görə, təqaüdümdən necə deyərlər, cəmi 230 manat dolanışıq meyarım qalır ki, onun da bankın xeyirinə tam şəkildə tutulması üçün hakim Tağızadı qərar çıxardıb. Bəs, mənim ailəm nə ilə yaşamalıdır? Məhkəmənin vətəndaşa yönəlik belə mövqeyi haqlı narazılıq doğurmaya bilməz…

Düşdüyüm bu durumla bağlı ailə üzvlərim adından dövlət başçısına və bəzi xarici ölkə səfirliklərinə müraciət etmək məcburiyyətindəyəm. Azərbaycanda yaşamağım münkünsüz hala gəldiyi üçün xaricə mühacirət etmək məcburiyyətində qalmışım…».

Təəssüf ki, vətəndaş Hüseynovun tələbinin, xahişinin kimlərə ünvanlı və məhz nədən ibarət olduğu müraciətindən anlaşılmır.


Paylaş:


Müəllif : Tarix:
19-08-2017, 16:31
  
loading...