» » Prezident İlham Əliyev Şəmkir rayonuna səfərə gedib

Prezident İlham Əliyev Şəmkir rayonuna səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gedib.

“Report” xəbər verir ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.



Paylaş:


Müəllif : Tarix:
20-08-2017, 14:18
  
loading...