» » Şıxov sakinləri 2 nazirdən kömək istədilər - "Nəfəsimiz kəsilir"

Şıxov sakinləri 2 nazirdən kömək istədilər - "Nəfəsimiz kəsilir"

Redaksiyamıza müraciət edən Şıxov sakinlərinin gileyi daş karxanalarındandır. Regionxeberleri.com bildirir ki, narazı vətəndaşlar DİA.AZ-a yazır:

"Şıxov ərazisində yerləşən daş karxanaları bu gün bizim rəsmən qənimimizə, sakinlər üçün təhlükəyə çevrilib. Dəfələrlə aidiyyatı qurumlara şikayət etsək də, bizi dinləyən yoxdur.

Belə ki, Şıxov ərazisində yerləşən və hər birinin arxasında konkret bir məmurun dayandığı daş karxanalarının havaya buraxdığı toz dumanı təkcə evlərimizin, zar-zor yetişdirdiyimizin ağacları, qurutmaq üçün sərdiyimiz paltarları toza qərq etmir, həm də həyatımızı qaraltmaqdadır. Həmin toz dumanında nəfəs almaq olduqca çətindir. Nəfəsimiz kəsilir. Artıq uşaqlarımızda bunun ciddi fəsadları yaranıb.

Biz dia.az vasitəsilə Əmək və əhalinin sosial müdafiəsi Naziri Səlim Müslümovdan və Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdan xahiş edirik ki, yaşayış yerləri ilə iç-içə olan həmin daş karxanalarının bağlanması üçün addım atsın. Yoxsa bu gün minlərlə vətəndaşın səhhətində ciddi problemlər yaranacaq".


Paylaş:


Müəllif : Tarix:
21-08-2017, 12:28
  
loading...