reklam
» » HƏRBİ HİSSƏNİN SİLAH ANBARINDA PARTLAYIŞ! – MN-dən açıqlama, 6 yaralı var (Yenilənir)

reklam

HƏRBİ HİSSƏNİN SİLAH ANBARINDA PARTLAYIŞ! – MN-dən açıqlama, 6 yaralı var (Yenilənir)

 

Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova virtualaz.org-a bildirib ki, hadisə nəticəsində 6 nəfər yaralanıb.

Hazırda onlar Siyəzən Diaqnostika Mərkəzinə aparılır.

Yaralıların arasında vəziyyəti ağır olan yoxdur.

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

***

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.

“Report” Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, nəticədə ərazidə partlama müşahidə olunub.
Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.

İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

MTU5YTI2NzNlNmEyMmM_2

MTU5YTI2NzNlNmEyMmM_7

Bazar günü səhərdən Bakı-Quba avtomobil yolunun təxminən 70-ci kilometrində, Kiləzi qəsəbəsinə yaxınlıqda nəqliyyatın hərəkəti dayandırılıb.

Hər iki tərəfdən hərəkət edən maşınlar geri qaytarılır.

 

 

* * *

*   *   *10:42

Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.

***

Son məlumata əsasən, Giləzi kəndinin sakinləri də kəndi tərk edib, hazırda ərazidə sakitlikdir.

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov APA-ya deyib ki, partlayışla əlaqədar hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Baş həkim qeyd edib ki, partlayışla müşayiət olunan yanğın davam etdiyindən təcili yardım maşınları əraziyə buraxılmır.

Hadisə nəticəsində yaralıların olduğu barədə məlumat daxil olduğunu deyən M. Cəlalov ehtiyac yaranacağı təqdirdə əraziyə əlavə briqadalar göndəriləcəyini bildirib.

***

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir.
İndiyə olan məlumata görə həlak olan və xəsarət alan yoxdur.

Partlayışdan sonra göyə uçan mərmilərdən bir neçəsi Giləzi kəndinə düşüb. Mənbə bildirir ki, Giləzidə iki ev yanıb. Partlayışın Xızı rayonu ərazisindəki hərbi arsenalda baş verdiyi bildirilir. 

***

Siyəzəndə silah-sursatın saxlandığı hərbi bazada baş verən yanğın nəticəsində dəhşətli partlayışlar baş verir. 

Bu haqda “Basta”ya Müsavatın yerli təşkilatının sədri Şahin İbrahimov məlumat verib.

“Siyəzəndə, Xızıda, Sitalçayda və qonşu kəndlərdə insanlar təlaş içindədi. Göydən mərmilər yağır, insanlar qaçır. Ölən və yaralanan haqda hələlik məlumat yoxdu. Deyilənə görə Qrad mərmilərinin saxlandığı silah arsenalında yanğın olub, orada saxlanılan mərmilər partlamağa başlayıb”, – Şahin İbrahimov bildirib.

 














Paylaş:


Müəllif : Tarix:
27-08-2017, 13:38
  


loading...