» » Nəsimi şefinin oğlu hansı Cəzaçəkmə müəsssisəsində saxlanır?

Nəsimi şefinin oğlu hansı Cəzaçəkmə müəsssisəsində saxlanır?- Şok gizlinlər

 
Nəsimi rayon icra başçısının məhbus oğlunun xaricdə yaşadığı iddia edilir

Asif Əsgərovun oğlu İlham Əsgərli 5 il azadlıqdan məhrum edilib.

Lakin onun hansı cəzaçəkmə müəsssisəsində saxlandığı açıqlanmır. Başçı oğlunun səhhətində problemlər olması adı ilə müalicə müəssisəsinə köçürüldüyü və oradan da şərti azadlığa buraxıldığı xəbər verilir.

Mənbənin qeydlərinə görə, icra başçısının övladı xaricdə yaşayır və onun yol qəzasına ölümünə səbəb olduğu Sənan Mirzəyevin atasına - “Mcdonalds” şirkətlər şəbəkəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevə bu faktı təsdiqləyən fotoları göndərildiyi bildirilir.

Hətta Ali məhkəmədə M.Mirzəyev bunu açıqlayıb və vatsapa İlham Əsgərlinin harada istirahət etdiyini əks etdirən fotoların yollandığını söyləyib.

Hazırda ölkədən kənarda olan icra başçısının oğlu 5 ildən çox Bakıya gələ bilməz. Hətta Avropa ölkələrindən birində oturum aldığı iddia edilir.

Bakının Nəsimi rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərov Azərbaycan hökumətini pis vəziyyətdə qoyur.

İcra başçısının ucbatından Azərbaycan dövləti cərimələnə bilər. İcra başçısının oğlunun cinayət işi Avropa Məhkəməsinə gedir.

Avropa Məhkəməsi zərər çəkən tərəfin hüquqlarının pozulması ilə bağlı hökuməti cərimələyə bilər. Bu təzminat da dövlət tərəfindən ödənməlidir.

Məlumatda deyilir ki, iş Avropa Məhkəməsində baxılsa və təzminat qərarı çıxarılsa, A.Əsgərov dövlətə zərər vurmuş olacaq.

Hələ o zaman Səbail rayon İcra Hakimiyyətinin başçısı olan Asif Əsgərov öz oğlunun və ailə sürücüsünün həyatını xilas etmək üçün hərəkətə keçsə də, oğlunun "öldürdüyü” 16 yaşlı Sənan Mirzəyevin yaşaması üçün heç nə etməyib.

Daha sonra ictimai qalmaqala səbəb olan bu hadisə Asif Əsgərovun oğlunun həbs olunması ilə nəticələndi. Amma bir insanın ölümünə səbəb olan başçının oğlu qanunvericilikdə nəzərdə tutulan cəzadan çox yüngül cəzaya məhkum edildi.

Daha sonra oğlunu xəstəlik adı ilə ev dustaqlığına buraxdırdığı və xaricdə yaşadığı bildirildi. Bunu mərhumun atası məhkəmədə deyib. O, tələb edirdi ki, oğlunu öldürən gənc sona qədər həbsdə qalsın və sonra azadlığa çıxıb ondan üzr istəsin. Hökmdən narazı qalan ata Avropa Məhkəməsinə qədər getməyə hazırlaşır.


Paylaş:


Müəllif : Tarix:
11-01-2017, 01:43
  
loading...