» » “Qaçkınkom” sədrinin nəvəsi ilə ötüşən “Maqa” azadlıqda

“Qaçkınkom” sədrinin nəvəsi ilə ötüşən “Maqa” azadlıqda

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin törətdiyi avtomobil qəzasından sonra həbs edilən şəxs azadlığa çıxıb. Qəzadan əvvəl lüks avtomobili ilə “Qaçqınkom”un nəvəsi ilə ötüşən Mirməhəmməd İsmayılov 30 sutkalıq həbs cəzasını başa vurub.

Qəzadan əvvəl Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mercedes-Gelandawagen” markalı avtomobillə Heydər Əliyev porospektində ötüşən “Mazda” markalı 99 FS 777 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində seçilmiş inzibati həbs müddəti başa çatıb.

Avqsutun 7-də həbs edilən M.İsmayılovun 30 sutkalıq inzibati həbs müddəti sentyabrın 5-də başa çatıb və o, azadlığa buraxılıb.

http://yenicag.az/files/uploads/2017/09/6000-300x207.jpg 300w" sizes="(max-width: 540px) 100vw, 540px" style="display:block;margin:5px auto 15px;height:auto;border-radius:3px;">

“Mazda” avtomobilinin sahibi Mirməhəmməd İsmayılov “Maqa” ləqəbi ilə tanınırmış. O, Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

Bildirək ki, bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

http://yenicag.az/files/uploads/2017/09/00a7bff46de1aea1b043bc4d585703ea-300x200.jpg 300w, http://yenicag.az/files/uploads/2017/09/00a7bff46de1aea1b043bc4d585703ea-120x80.jpg 120w" sizes="(max-width: 450px) 100vw, 450px" style="display:block;margin:5px auto 15px;height:auto;border-radius:3px;">

Qəzanı tördən şəxs Əli Həsənovun nəvəsi olub. Qəza zamanı Nail Allahverdiyevin yanında olan sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

Hadisə yerində dünyasını dəyişənlərdən biri isə piyada Vaqif Əsədov olmuşdu. O, yol kənarında hərəkət edərkən Nail Allahverdiyevin idarə etdiyi maşının altında qalaraq dünyasının dəyişmişdi.

Yaralanan iki nəfər isə Türkiyə vətəndaşları idi. Ər-arvad olan şəxslər müalicə üçün Türkiyəyə yola salınıb. Onlar Türkiyənin keçmiş prezidenti Abdullah Gülün qohumlarıdır.

http://yenicag.az/files/uploads/2017/09/cfeb07e7468513006104be436479682d-300x169.jpg 300w" sizes="(max-width: 714px) 100vw, 714px" style="display:block;margin:5px auto 15px;height:auto;border-radius:3px;">

Rəsmi məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı sükan arxasında 1994-cü il təvəllüdlü Nail Allahverdiyevin olması təsdiqini tapıb. Daha sonra onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nail Allahverdiyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasına saxlanılır. (Musavat.com)






Paylaş:


Müəllif : Tarix:
9-09-2017, 14:39
  
loading...