» » Toya hazırlaşan ailədə faciə: Nişanlı qiz öldü

Toya hazırlaşan ailədə faciə: Nişanlı qiz öldü

 
  Saatlı rayonunun Musalı kəndində 17 yaşlı qız intihar edib.

RegionXeberleri.com
Lent.az-a istinadən xəbər verir ki, intihar edən Minarə Səmədova nişanlı olub.

Ailə üzvləri bildiriblər ki, qız öz istəyi ilə, heç bir kənar təsir olmadan nişanlanıbmış və bu yaxınlarda toyun keçirilməsi nəzərdə tutulubmuş.

Bildirilir ki, ailədə maddi baxımdan da ciddi problem olmayıb. 17 yaşlı Minarənin əsəbi halda, bir anlıq qərarla özünü asdığı məlum olub.

Qeyd edək ki, hadisənin baş verdiyi Səmədovlar ailəsinin 5 övladı var. Ailənin 3-cü qız övladı olan Minarə Səmədova özünü hində asıb və onun asılı vəziyyətdə qalmış meyitini anası tapıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
10-09-2017, 10:50
  
loading...