» » “Nobel Oil” şirkətinin sahibi ilə bağlı iddia - İTTİHAM VAR

“Nobel Oil” şirkətinin sahibi ilə bağlı iddia - İTTİHAM VAR

Azərbaycanın neft baronu Nəsib Həsənov işçilərinin maaşlarını belə verə bilmir. Və bu böyük təəccüb və şübhə doğurur.

Azərbaycanın neft baronu Nəsib Həsənovun Azərbaycandakı şirkətlərində ciddi problemlər müşahidə olunur. AzToday.az saytına daxil olan məlumata görə, “Nobel Oil” şirkətinin və CRA Holdingin sahibi olan Nəsib Həsənovun ölkədə fəaliyyət göstərən “NORM sement” zavodunda və neft hasilatı ilə məşğul olan şirkətlərində işçilərə aylardır maaş verilmir. Bununla bağlı şirkətin işçiləri arasında narazılıq böyüyür.
Halbuki həmin şirkətlərin maliyyə göstəriciləri kifayət qədər normaldır. İqtisadi Böhrana baxmayaraq Nəsib Həsənovun rəhbərliyi altında olan “NORM sement” zavodu Orta Asiya başda olmaqla xarici bazara məhsul ixrac edir. Bu baxımdan işçilərin 3 ay müddətində maaş almamamsı əsaslı şübhələrə yol açır və beynəlxalq arenada böyük layihələrin iştirakçısı olan “Nobel Oil” şirkətində, həmçinin “NORM sement” zavodu kimi rentabbelli bir müəssisədə fəhlələrin maaşlarının gecikməsi heç də adi hal kimi qəbul oluna bilməz. Çünki nə “Nobel Oil”, nə də “NORM sement” hal-hazırda ziyanla işləmir, əksinə böyük gəlirlər əldə edirlər. AzToday.az-a daxil olan məlumatlarda iddia olunur ki, Nəsib Həsənov ölkədən çıxardığı pulları heç bir halda geri gətirmək istəmir və xarici banklara yerləşdirir. İş adamının bu addımarı ölkədə iqtisadi vəziyyəti daha da pisləşdirir. Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev dəfələrlə xaricdə saxlanılani pulların Azərbaycan iqtisadiyyatına yeniədən sərmayə olara qaytarılmasını əsas prioritet vəzifə olaraq iş adamlarının qarşısına qoyub.

Qeyd edək ki, Nəsib Həsənovun CRA Holdinqinə daxil olan şirkətlər Azərbaycanın ən böyük şirkətləri hesab olunur. Bu şirkətlər sırasında “Nobel Oil”, “Bakcell”, “Nar Mobile” “NORM sement” kimi Azərbaycanın böyük şirkətləri yer alır. Bundan başqa mənbə bildirir ki, Nəsib Həsənov Azərbaycanın əczaçılıq bazarında əsas monopolistlərindən biri hesab olunur.
Onu da qeyd edək ki, CRA holdinqin mühafizə xidməti peşəkarlığı ilə diqqət çəkir. Belə ki, mühafizə şirkətində çalışanların böyük əksəriyyətinin zamanında Dövlət Xüsusi Mühafizə Xidmətində işçiləri olduğu qeyd olunur. Mənbə bildirir ki, bu mühafizə xidməti ən yeni texnologiya ilə təmin olunub.
Qeyd edək ki, CRA Holding və Nobel Oil şirkətinin baş ofisləri Londonda yerləşir. Bakıda şirkətlərin nümayəndələri var. “Nobel Oil” şirəkətinin Bakıdakı baş ofisi Qız Qalasının yaxınlığında yerləşir. Mənbə bildirir ki, son üç ayda bu ofisdə çalışanların belə maaşlarının verilməsində problemlər yaranıb. Nəsib Həsnovun haızrda Londondan biznesini idarə etdiyi bildirilir. Həmçinin Nəsib Həsnovun adı offşor əməliyyatlarında davamlı olaraq keçir.
Xatırladaq ki, Nəsib Həsənov 2014-cü ildə Londonda tədqiqat və hasilat biznesini qurub. Hazırda “Nobel Upstream” şirkətinin Azərbaycanda və ABŞ-ın Texas ştatında – Hyustonda texniki və kommersiya qrupları işləyir.
«Nobel Uptsream»in “Maclure” yatağında pay əldə etməsi üzrə razılaşma artıq imzalanıb. Sövdələşmənin məbləği açıqlanmır.
1991-ci ildə kəşf olunmuş yataq Aberdindən 175 mil şimal-şərqdə, Şimal dənizinin mərkəzində yerləşir. Yatağın operatoru “Maersk” şirkətidir. Şirkətin baş icraçı direktoru, “BP Rusiya”nın keçmiş prezidenti Jeremy Huck-dır. “Bu razılaşma bizim artım strategiyamızın, Azərbaycanda və Şimali Amerikada mövcud portfelimizin vacib bir hissəsidir», – o bildirib.
Azadlıq radiosunun məlumatına görə, “Nobel Upstream»in Londonda qeydiyyatdan keçmiş “Nobel Oil» ana şirkəti 2014-cü il hesabatlarını verməyibmiş. “Nobel Oil» tamamilə cənab Həsənova məxsusdur. Şirkət 2005-ci ildə Azərbaycanın neft-qaz sənayesinə texniki təchizat məqsədilə yaradılıb. Ancaq sürətlə şaxələnib, qazma, neft ticarəti və bir sıra başqa sahələr üzrə filiallar yaradıb. Rumıniyada da yanacaqdoldurma məntəqələri şəbəkəsi var.
Şirkət bu yaxınlarda tədqiqat və hasilat işinə girişib, Azərbaycanda “Ümid” və “Babək” qaz yataqları blokunda da birgə müəssisə vasitəsilə tədqiqat işi aparır. Bu yataqda 20% payı var.
Qrup Nobel qardaşlarının adını daşıyır. Ludwig və Robert Nobel qardaşlarının “Branobel» şirkəti 19-cu əsrin sonunda bir yatağın işlənməsi ilə fəaliyyətə başlayıb, 20-ci əsrin əvvəlində nəhəng şirkətə çevrilib.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza da “Nobel Upstream” şirkətinin Direktorlar Şurasının üzvüdür. nia.az


Paylaş:


Müəllif : Tarix:
21-09-2017, 09:05
  
loading...