» » Yol polisi əməkdaşları baş vermiş avtoqəzanın üstün ört-basdır ediblər-ŞİKAYƏT (VİDEO-FAKT)

Yol polisi əməkdaşları baş vermiş avtoqəzanın üstün ört-basdır ediblər-ŞİKAYƏT (VİDEO-FAKT)

  
RegionXeberleri.com-a Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən  şikayət məktubu daxil olub.Narazı vətəndaş Dövlət Yol Polisinin etdiyi qanunsuzluqdan şikayət edir.Həmin şikayəti olduğu kimi diqqətinizə çatdırırıq.

"Mən Quliyev Səbuhi Fəxrəddin oğlu Göyçay rayonunun Qaraməryəm kəndində yaşayıram.Təxminə 7 ay öncə avtomobil qəzası nəticəsində evimin qarşısında yolun kənarında olan işıq dirəyi aşıb yararsız vəziyyətə düşmüş, həyətyanı sahəmin hasarı ciddi zədələnmişdir.Avtoqəzanı törədən  şəxsin barəsində isə heç bir tədbir görülməmişdir ki, bunun da məsuliyyətini Dövlət Yol Polisi Xidmətinin rüşvətxor əməkdsaşları daşıyırlar.Belə ki, avtoqəza baş verən zaman hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının Kamal adlı əməkdaşı gəlib hadisəni törədən sürücüdən rüşvət alaraq onu qanunsuz olaraq məsuliyyətdən azad etmişdir.Hansı ki, bu avtoqəza İnzibati Xəta hadisəsidir.Bu qanunsuzluq barədə etdiyim şikayəti Azərbaycan Respublikasının Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı Elnur Rəhimov araşdırdı.Polis zabiti Elnur Rəhimov hadisə yerinə heç bir baxış keçirmədi avtoqəza törədən sürücüdən və bu qəzanın üstünü ört-basdır edən Kamal adlı polis əməkdaşından rüşvət alıb onlara haqq qazandırdı.Mənə isə yalandan vəd verdi ki, sənə dəymiş maddi ziyana köməkli eiləcək.Onun yalan danışmasını rüşvətxor olmasından bildim.Hal-hazırdada avtoqəza nəticəsində aşıb yararsız vəziyyətə düşmüş işıq dirəyi bərpa edilməyib, elektirik məftillərinin üstü açıq qaldığından insanların həyatına ciddi təhlükə yaradır.Bu isə heç bir məsul vəzifəli şəxsləri narahat etmir.

Prezident cənab İlham Əliyevdən və Daxili İşlər Naziri cənab Ramil Usubovdan xahiş edirəm şanlı Azərbaycan polisi adına öz maddi maraqlarına görə ləkə gətirən yaramaz polis əməkdaşları Elnur Rəhimovun və Kamal adlı polis əməkdaşının barəsində ciddi tədbirlər görəsiniz.Sıradan çıxmış işıq dirəyinin bərpa edilməsinə və mənə dəymiş zərərin ödənilməsinə tapşırıq verməyinizi xahiş edirəm."

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

RegionXeberleri.com
                               
               
  


Paylaş:


Müəllif : Tarix:
22-09-2017, 10:49
  
loading...