reklam
» » “Hakim Sevinc Quliyeva dələduza havadarlıq edib”– ŞİKAYƏTÇİ PREZİDENTƏ YAZIB

reklam

“Hakim Sevinc Quliyeva dələduza havadarlıq edib”– ŞİKAYƏTÇİ PREZİDENTƏ YAZIB

Abşeron rayonu Mehdiabad qəsəbəsi, Bəxtiyar Vahabzadə küçəsi, 39-ünvanında yaşayan, Müdafiə Nazirliyi Stomatoloji Mərkəzində həkim-stomatoloq  vəzifəsində çalışan  Zalova Natella Fəxrəddin qızı  zorakılığa məruz qalan bir çox qadınlar kimi çıxılmaz vəziyyətə düşüb.
O,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, I Ledi Mehriban xanım  Əliyevaya, baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova, Ailə, Uşaq və Qadın Komitəsinin sədri Hicran  Hüseynovaya və Ombudsman Elmira Süleymanovaya müraciət ünvanlayıb.
İntiharın addımlığında dayandığını, hüquqlarının pozulduğunu  söyləyən N.Zalova Gununsesi.info-ya  bildirib ki, mütəmadi olaraq keçmiş sevgilisi  Azər  Kamal oğlu İsgəndərzadə tərəfindən təhdid, təqib, şantaj və zorakılıqlara məruz qalır. O, bildirib ki,  A.İsgəndərzadə onun etibarından sui-istifadə edib, əvvəlki həyat yoldaşından qalma həyətyanı sahəsini və evini qeyri-qanuni yolla  ələ keçirib.  N.Zalova qeyd edib ki,  A İsgəndərzadə iddia ərizəsində göstərib ki, guya onunla  2008-ci ildən etibarən faktiki ailə quraraq yaşayıb, əslində isə onlar 2010-cu ildən görüşüblər:
“Cənab Prezident !
A.İsgəndərzadəni 2009-cu ilin sonlarından tanıyıram.  Tanışlığımzdan  bir neçə ay sonra münasibətlərimiz sevgiyə çevrilib.  Münasibətlərin sevgiyə çevrilməsinə səbəb isə  A.Tağızadənin özünü subay və sonsuz kimi təqdim etməsi olub. Lakin 8 ay sonra- 2010-cu ildə sırf təsadüf nəticəsində  öyrəndim ki, sevgi münasibətində olduğum A.Tağızadə evlidir. Bəlli oldu ki, Nizami rayonu ərazisində qeydiyyatda olduğu evdə ailəsiylə birgə yaşayır, üstəlik həyat yoldaşı 2-ci övladına hamilədir. Amma bunu öyrəndiyimdə o nə rəsmi nikahlı həyat yoldaşının, nə də bu nikahdan olan uşaqlarının adını çəkəndə deyirdi ki, belə adamları  tanımır. Bir gün həmin ünvana – Bakı şəhəri. Nizami rayonu, İsmayıl Məmmədov küçəsi 27 ünvanına gedib qapının zəngini çaldım. Qapıya evdən A.Tağızadə qucagında qızı çıxdı. Utanmaq əvəzinə yenə məni döydü ki, ora niyə getmişəm.
 O gündən münasibətlərimiz pisləşdi. Məni aldatdığına görə, onunla əlaqələri kəsdim. Lakin A.Tağızadə məni qızımla təhdid edib deyirdi ki, əgər onunla münasibətdə olmasam, az yaşlı qızımı gözümün qarşısında zorlayacaq, haqqımda sosial şəbəkələrdə şərəf və ləyaqətimi biabır edəcək materiallar yerləşdirəcək. Bu səbəbdən  bir neçə müddət soyuq münasibətlər davam etdı. Lakin 2013-2014-cü illərdə  yaşlı anamı  və qardaşımı rayondan yanıma gətirdim ki, bəlkə bizdən əl çəkə.
 Cənab İlham Əliyev !
Lakin  A.Tağızadə yenə məni təhdid edir, yaşlı anama əl qaldırır, qardaşımı təhqir edirdi.  Onun təhqir etdiyi insanların siyahısına artıq məni onun təpiklərindən qorumaq istəyən qonşu qadınlar da daxil idi.  
Baş verənlərlə bağlı dəfələrlə müntəzəm olaraq 102 Çağrı Mərkəzinə zəng etsəm də, müraciətlərimə heç bir polis əməkdaşı gəlmirdi. O isə bundan qürrələnirdi ki, “sənin çağırışına heç bir polis əməkdaşı gəlməyəcək. Çünki polislər məni tanıyır. Bilirlər ki, mən  Baş Prokuror Zakir Qaralovun bacısı oğluyam. Z.Qaralovun “qara” işlərini görürərm”.   Həqiqətən də onun qanunsuz hərəkətləri haqqında polisə mənim və qonşuların etdiyi müraciətlərə Abşeron rayonu Mehdiabad qəsəbəsindəki Polis Bölməsinin əməkdaşları nəinki məhəl qoymurdular, hətta onunla səmimi münasibət nümayiş etdirirdilər. Polis Bölməsinin rəis müavini və əməkdaşları bölməyə getdiyimdə şikayətimi dinləmək əvəzinə, deyirdilər ki, hələ ki sağsan, əgər sənə xəsarət yetirsə, öldürsə, biz o zaman gələcəyik.
2015-ci ildə A.Tağızadənin növbəti təhdidləri zamanı anam ona dedi ki, qızımdan əl çək. Ailən var, get onlarla yaşa. Bundan qəzəblənən A.İsəndərzadə yenə mənə və anama fiziki və mənəvi zorakılıq göstərdi. Məni qonşuların gözü qarşısında pilləkənlərlə sürüyüb küçəyə atdı və dedi ki, evini əlindən alacam, səni küçələrdə qoyacam. Həmin zaman da 102 xidmətinə müraciət etdim.
2016-cı il noyabr ayında mənə məhkəmədən gələn bildirişdə oxudum ki, A.İsgəndərov nədənsə  iddia ərizəsində yaşayış ünvanını da qeydiyyatda olduğu Nizami rayonunun yox, mənim evimin ünvanının göstərib.
 Cənab Prezident !
 Məhkəmədə mən və şahidlər dəlil və sübutlarla göstərdik ki, haqqımda qaldırdığı iddia əslində əsli və sübutu olmayan yalan, böhtan və dələduzluqla evimi əlinə keçirmək üçündür.  Çünki, mülkiyyətim olan 0,6 ha torpaq sahəsi Mehdiabad qəsəbəsində yerləşən Abşeron rayonu, Mehdiabad Bələdiyyəsinin 28.05.2002-ci il tarixli 08 saylı qərarına əsasən  baldızım  qızı Quliyeva Cəmilə Elşad qızına məxsus olub.   Qızımın atası ilə evləndikdən sonra kirayə qalmayaq deyə həmin torpaq sahəsini bizə verdilər ki, üzərində ev tikdirək. 2003-cü ildə təmin ünvanda yerləşən və hazırda mülkiyyətimdə olan torpaq sahəsində ev tikdirdik. 2004-cü il sentyabrın 26-da isə oraya köçüb indiyədək də burada yaşayıram. 2010-cu ildə  isə torpaq sahəsini öz adına keçirərək daşınmaz əmlakın dövlət reyestrindən 06.11.2010-cu il tarixdə seriya MA № 0110325 saylı çıxarış almışam.
Bildirirəm ki, Abşeron Rayonu, Mehdiabad qəsəbəsi, 372 nömrəli, sahədə yerləşən ümumi sahəsi, 0,06 ha torpaq sahəsini 04.11.2010-cu il tarixində Abşeron Rayonu 1 saylı dövlət notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən vətəndaş Quliyeva Cəmilə Elşad qızından 4.800 AZN-ə (dörd min səkkiz yüz manat)  ödəyərək almışam. Həmin torpaq sahəsinin satıçının xüsusi mülkiyyətdə olması və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilməməsi, həbs altında olmaması və özgənikləşdirilməsinə qadağan olmaması həmin notarus tərəfindən yoxlnılıb.
 Aıqı-satqı müqaviləsi bağlandıqdan sonra mənim həmin sahəyə dair mülkiyyət hüquqlarımı dövlət qeydiyyatına aldırmışam və bu barədə mülkiyyətimi təsdiq edən 06.11.2010-cu il tarixli, çıxarış verilib. Eyni zamanda Abşeron Rayonu, Mehdiabad qəsəbəsi, 372 nömrəli, sahədə yerləşən ümumi sahəsi, 0,06 ha torpaq sahəsinə dair hüquqlarım dövlət qeydiyyatına alınaraq təsdiq edilıb.
 Həmin torpaq sahəsinin planı və ölçüsü 06.11.2010-cu il tarixdən DƏDRX Abşeron Ərazi İdarəsinin vermiş olduğu rəsmi sənətdə hüquq sahibi kimi mənə-  Zalova Natella Fəxrəddin qızının adına verilib. İlkin iddiaçı evə köçürülmə tələbi üzrə qeyd edib ki, 0,06 ha torpaq sahəsini və üzərindəki evi 48.000 manat pul ödəməklə alıb. Lakin bu barədə məhkəməyə heç bir möhtəbər subut təqdim edə bilməyib. Maraqlı burasıdır ki, hakim Sevinc Quliyeva prosesin qapalı keçirilməsi haqda qərar  qəbul etdi. Halbu ki, bu iddiaya görə, prosesin qapalı keçirilməsi gülünc idi. Lakin prosesin qapalı keçirilməsi haqda qətnamədə bir kəlmə belə yoxdur. Hakim Sevinc Quliyeva dələduza  açıqca havadarlıq edirdi. Etiraz və vəSatətlərimizi qəbul etmir, danışmağa icazə vermir, eləcə də vəkilimə və nümayəndəmə müdafiəni qurmağa imkan yaratmırdı.
Möhtərəm Prezident !
Məhkəmədə torpağın kimə məxsus olaması barədə şahid kimi dindirilmiş Rüstəmov Rəhman Süleyman oğlu qeyd edi ki,  mən onun qardaşı Elmanın həyat yoldaşı olmuşam. O,  bildirdi ki, həmin torpaq sahəsini 2003-su ildə qardaşı qızı Cəmilənin adına alıb.  Həmin sahədə tikilmiş fərdi ev isə 2004-cü il tarixində inşa olunub və onun qardaşı Elmanla həmin evdə yaşamışam. Eyni zamanda həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlananda ümumi razılığa əsasən, mən –  Natella Zalova  ona 4800 AZN  (dörd min səkkiz yüz manat) pul məbləği ödəmişəm.  Həmin zaman o, iddiaçını (Azər İsgəndərzadəni) tanımırdı və alqı-satqı müqaviləsi bağlananda o, Natelladan başqa heç kimi notarusda görməyib.
Eyni zamanda,  digər şahid Əhmədova Atlas Hüseyn qızı mənim evimdə 4 (dörd) ildir ki, tikinti və təmir işlərinin getməsini görmədiyini bildirdi. İddiaçı bir müddət təhdidləri sayəsində mənim hesabıma yaşayıb və hal-hazırda da bundan məhrum olduğundan bu yolla məni özünə tabe etmək istəyir. Hakim isə daxili inama və məhkəmə araşdırmasına əsaslandığını vurğuladı.  Hakim S.Quliyeva qət edib ki, ilk iddia qismən təmin edilsin:
“Zalova Natella Fəxrəddin qızından vurulmuş maddi zərərin əvəzi olaraq 87000 (səksən yeddi min) manat məbləğində və stomatoloji avadanlıqların alınması məqsədilə ödənilmiş 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaitinin əvəzi, ümumilikdə 90600 (doxsan min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq İsgəndərzadə Azər Kamal oğluna ödənilsin. İlk iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.
İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İsgəndərzadə Azər Kamal oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, 0110325 saylı Çıxarışa əsasən Zalova Natella Fəxrəddin qızma məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 372 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılsın.  Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə ilə təmin edilmiş ilk və qarşılıqlı iddia tələbləri hər iki tərəf üçün eyni vaxtda icra edilsin”.
Cənab İlham Əliyev !
Qətnamədə aydın şəkildə göstərilib ki, ilk iddiaçı A.Tağızadə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 372 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılsın.
 Lakin buna baxmayaraq o, hər gün yaşadığım ünvana gəlir. Məni evimdə yaşamağa imkan vermir. Ev əşyalarımı sınıdırıb dağıdır, paltarlarımı və əməliyyat xərci üçün qənaət edib əmək haqqımdan topladığım 2 000 AZN (iki min manat) oğurlayıb. Üstəlik hər gün mənim və az yaşlı qızımın paltarlarını qayşılayıb qonşuların qapısına atır.
Qeyd edim ki, A.Tağızadə kişi kimi mənə və evimizə bir manat belə pul xərcləməyib və həmişə  hıtta maşını üçün benzin pulunu belə məndən alıb.
Odur ki,  qeyd edilmiş hüquqa zidd qəbul edilmiş məhkəmə qətnaməsini qərəzli və əsassız hesab edirəm.
Hazırda mənim qadın kimi bütün paltarlarım (alt və üst)  da iddiaçı tərəfindən götürülüb girov saxlanılır və bu yolla məni özündən aslı vəziyyəti salmaq istəyir. Yetkinlik yaşına çatan qızımın gözləri qarşısında iddiaçı mənim dəfələrlə qadınlıq ləyaqətimi alçaldaraq təhqir edib,  qürurumu tapdalayıb.
A.Tağızadə bu münvala məni özündən həmişə asılı saxlamaq üçün mənə yaxın olan şəxslərlə telefon əlaqəsi saxlayaraq, məni və ailəmi təhqir edib, hədə-qorxu gəlib. İddiaçı dəfələrlə məni intihar həddinə çatdırıb. Məhkəmə qapalı keçirilsə, hakim bu haqda qətnamədə tam əksini göstərib. İddiaçı özünü Baş Prokuror Zakir Qaralovun yaxın qohumi kimi təqdim edərək, məhkəmələrə (hakimlərə) təzyiq edir. Bu barədə məhkəmədən və hakimdən xüsusi qərardad çıxarılmasını xahiş etsəm də, heç bir tədbir görülmədi.
Cənab İlham Əliyev !
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 03 noyabr 2008-ci il №7 nömrəli qərarında bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının müvəffəqiyyətlə həyata keçməsi, respublikamızın İnsan Hüquqlarının və əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya qoşulması nəticəsində insanların şərəf və ləyaqətlərinin, şəxsi qeyri-əmlak hüquqlarının və mənəvi maraqlarının dövlət tərəfindən qorunmasına diqqət artıb.Təsadüfi deyil ki, Respublikamızda son illər qəbul edilmiş bir sıra normativ aktlarda mənəvi zərərin ödənilməsi insan hüquqlarının və əsas azadlıqların müdafiəsi vasitəsi kimi müəyyən edilib. Məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi göstərir ki, son illər mənəvi zərərin ödənilməsi ilə əlaqədar iddiaların sayı xeyli artıb. Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərər anlayışının, tətbiqi əsaslarının, hesablanma qaydasının müəyyən edilməməsi bu növ iddialar üzrə qərarlar qəbul edilməsində müəyyən çətinliklər yaradır və vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərir. Mənəvi zərərin ödənilməsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən düzgün tətbiq olunması və vahid məhkəmə təcrübəsinin formalaşması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələrə bir daha izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair, protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.
Eyni zamanda, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nm 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri – əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin IX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarında izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nm müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı, törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İlkin iddia üzrə iddiaçının bu halları təsdiq edən heçbir mötəbər subutu belə olmayıb.
Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailəvə tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Bu halların heç biri mövcud olmadığn halda hakim nəyə əsasən ilkin iddia tələbinin pul şəkilində ödənilməsini təmin edir? Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir.
Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquqpozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Buna əməl olunmaması Azərbaycan Respublikası MPM-nin 152.3.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
Axı, məhkəmə iddiaçının hansı sarsıntı və iztirabını müəyyən edib ki, məndən 90.600 AZN  (doxsan  min altı yüz )pul məbləğini tutularaq ödənilməsini qət edib? Hesab edirəm ki, məhkəmə mənim hüquq münasibətlərimə qiymət verərkəm 2009- cu ildən başladığını əsaslanarsa iddia müddəti şamil edilməlidir.
Cənab Prezident!
Yuxarıda qeyd olunan qanun pozuntularını və mənim pozulmuş hüquqlarımın bərpa edilməsi üçün mənə kömək etməyinizi xahiş edirəm.  Mən tənha anayam. Himayəmdə azyaşlı qızım var. Azyaşlı qızımı A.Tağızadənin pis niyyətlərindən qorumaq üçün məktəbdən uzaqlaşdırmaq məcburiyyətində qalmışam. Qızımı təhsilini davam etdirməsi üçün dogma məktəbindən, sinfindən və sinif yoldaşlarından ayırıb kəndə valideynlərimin yanına göndərmişəm.
Möhtərəm Prezident!
Azərbaycanda qadına böyük dəyər verilsə də, qanunları əlində silaha çevirən bəzi məhkəmə hakimləri, məmurlar və  eləcə də  hüquq-mühafizə orqanlarının əməkdaşları bü cür dələduzlarla əməkdaşlıq edərək, onların meydanı böyüdürlər.
Cənab İlham Əliyev!
 Xahiş edirəm, Azərbaycan qadının, Anasının hüquqlarının bərpa edilməsi üçün iş üzrə yeni qətnamə qəbul edilməsi üçün göstəriş verəsiniz.  İlkin iddia üzrə iddiaçının mənə qarşı, iddia tələbi tam əsassız olduğundan tamamilə rədd edilməsi və qarşılıqlı iddia tələbim tam həcmdə rədd edilmiş hissədə mübahisəli torpaq sahəninin üzrədində inşa edilmiş mənə məxsus olan fərdi yaşayış evindən iradəmə zidd olaraq daxil olmuş və qeyri-qanunu yaşayan İsgəndərzadə Azər Kamal oğlunun çıxarılması barədə iddia tələbim həmin hissədə təmin edilməsi barədə yeni qətanmə qəbul edilsin”.
 


Paylaş:


Müəllif : Tarix:
7-02-2017, 17:06
  


loading...
Загрузка...