reklam
» » Miilət vəkilinin vətəndaşlara qarşı olan qanunsuzluğu davam etməkdədir

reklam

Miilət vəkilinin vətəndaşlara qarşı olan qanunsuzluğu davam etməkdədir


"Mənmi yalan danışıram, yoxsa millət vəkili Aydın Mirzəzadəmi?”
 Əksəriyyətimiz millət vəkili Aydın Mirzəzadəni iqtidar komandasında təmiz və əli koorrupsiyaya bulaşmayan şəxs kimi tanıyırıq. Elə hesab etmişik ki, o, Milli Məclisdə əyləşən, sahiblkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmayan barmaqla sayılan deputatlarmızdandır. Demə, yanılırqmış. Mingəçevirdə fəaliyyət göstərən və milli vəkilin qardaşı Üzeyir Mirzəzadə tərəfindən idarə olunan "Firəngiz” şadlıq sarayı rəsmi olmasa da, faktiki Aydın müəllimə məxsus imiş. Bi bir yana dursun, üstəlik orada çalışanlarla aralarında problem yaranırmış.
Bu barədə redaksiyamıza "Firəngiz” şadlıq sarayında çalışan və bu gün üzləşdikləri haqsızlıqla əlaqədəq oradan uzaqlaşan işçilər məlumat verib. Bu günlərədək şadlıq sarayının fotoqrafı işləmiş Kəlbəcərdən məcburi köçkün düşmüş və hal hazırda Mingəçevir şəhərində yaşayan Elxan Nəbiyev redaksiyamıza məlumat verib. Onun bildirdiyinə görə, millət vəkili Aydın Mirzəzadəyə məxsus "Firəngiz” şadlıq sarayında şəkil çəlmək üçün 10 (on) min manatlıq depozitini ala bilmir.
"Mingəçevirdə fotoqraf kimi fəaliyyət gğstərirdim. 2010-cu ildə millət vəkili Aydın Mirzəzadəyə məxsus "Firəngiz” şadlıq sarayına getdim ki, danışım, orada olan toylarda şəkilləri mənimlə dostum Babək Xəlilov çəkəcək. Bu şadlıq sarayı deputatın anasının adını daşıyır, icraçı direktor isə qardaşı Üzeyir Mehdizadədir. Üzeyir müəllim telefon nömrəmi götürdü, dedi ki, Aydın Mirzəzadə ilə danışandan sonra sənə xəbər verəcəm. Elə də oldu. Mənə zəng etdi, dedi ki, sizə mərtəbənin birini verə bilərik, əvəzində 5 min manat depozit qoyacaqsınız. Ola bilər planı vaxtında verə bilməyəsəniz, o zaman qoyduğunuz depozitdən çıxacağıq. Plana görə toyda adamın biri 30 qəpikdən hesablanırdı, 500 nəfər üçün 150 manat ödəyirdik. Elə olurdu ki, planın pulu çıxmırdı, öz cibimizdən ödəyirdik ki, depozitə əl vurulmasın. Yəni biz borclu qalmamışıq ki, onun çıxsınlar. Mingəçevirdəki şadlıq sarayının içərisində ən böyük plan bu şadlıq sarayındadır. İşlədik 2-3 il keçdi Üzeyir müəllim dedi ki, istəyirsinizsə, ikinci zalıda sizə veririk, yenə depozit qoyun. Birinci dəfə verdiyimiz depoziti də bankdan götürmüşdük. Bu dəfədə "Access Bank” dan Babəklə dollarla kredit götürüb 5 min dolllar Üzeyir Mehdizadəyə verdik”
"Telefonda Aydın müəllim dedi ki, pulun 5 minini biz verəcəyik”
Elxan Nəbiyev bizimlə söhbəti zamanı bildirdi ki, bir neçə ay əvvəl ortaya Qulu adlı adam çıxıb. Həmin adam deyib ki,bu şadlıq sarayı onun dayısınındır. Məlum olub ki, Qulunun dayısı "Aztelekom”un baş direktoru olmuş Məhəmməd Məmmədovdur. MTN hadisələri ilə əlaqədər onu da həbs ediblər. Demə, M.Məmmədov şəriki imiş. Qulu adlı şəxs bizdən şəklin birini 40 qəpikdən istədi. Biz ona dedik ki, söylədiyi məbləği ödəyə bilməyəcəyik, ona görədə şadlıq sarayında fəaliyyətimizi dayandırırıq. Depozitimizi geri istədik. Dedi: "Nə depozit? Mənə depozit verimisiniz? Pulu Aydın müəllimə, Üzeyir müəllimə vermisiniz, gedin onlardanda alın. Bakıya getdim, Aydın Mirzəzadəyə zəng edib dedim ki, görüşmək istəyirəm. Dedi, məsələni telefonda anlat. Məndə dedim ki, Qulu adlı şəxs gəlib, bəs biz depoziti qaytarmırlar. Dedi "Günortadan sonra zəng et” Günortadan sonra zəng etdim, dedi: pulun 5 minini biz verəcəyik, çünki Üzeyir müəllim o pulu saraya xərcləyib. Amma o biri 5 mini şərikim Məmməd Məmmədovun bacısı oğlu verəcək.” Razılaşdım dedim siz öz pulunuzu verin, qalanını mən alaram. Bu danışığımız gününə qədər yadımdadır, lazım olsa araşdırıb oxusunlar”.
"Amma sonra Aydın müəllim mənim verdiyim pulu dandı”
Aradan bir neçə gün keçdi, yenə zəng etdim, Aydın müəllim mənim telefonumu götürmədi. Dostumun nömrəsindən yığdım, o dəqiqə götürdü. Soruşdum ki Aydın müəllim , niyə telefonu götürmürsüz? Dedi "Sən kimsən belə danışırsan?” Dedim: "Mən sizin seçicinizəm, üstəlik sizin də mənə borcunuz var. Bilmək istəyirəm, mənim pulumu nə vaxt qaytaracaqsınız?" Cavabı belə oldu: " Sən mənə pul vermisən?” Dedim: Mən pulu sizin adınıza, sizin sarayınıza görə vermişəm. Qardaşınız Üzeyir vasitəsilə o pul sizə çatıb, bu gündə siz cavabdehsiz”. Dəsdəyi asdı və o gündən də telefonumu götürmədi”- deyən Elxan Nəbiyev həmin gündən etibarən müxtlif orqanlara şikayət məktubu yazmağa başladığını bildirdirir. "Prezidentə nəqədər şikayət məktubu yazmışam. Heçbiri çatmır. Hamısnın üstünü Prezident Adminstrasiyası yazır, göndərirlər Mingəçevir şəhər İcra Hakimiyyətinə, Polis Şöbəsinə. Mingəçevir də onun öz şəhəridir, buradan deputat seçilib. Bu şəhərin məmurları onun şikayətinə baxmır? İcra Hakimiyyəti mənə yazıb ki, Üzeyir Mirzəzadə dedikləriniz inkar edir. Üzeyir Mirzəzadə icraçıdır niyə onu çağırılar? Niyə Aydın Mirzəzadədən soruşmurlar? Şadlıq sarayı kimindir? Aydın müəllimlə həbsdə olan Məhəmməd Məmmədovun”.
Qeyd edək ki, Məhəmməd Məmmədov 2015-ci ilin noyabırında həbs edilib, Cinayət Məcəlləsinin 179.3.2(külli miqdarda mənimsəmə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Aydın Mirzəzadənin qardaşı Üzeyir Mirzəzadə isə Meydan TV-yə açıqlamasında deyilənləri yalanlayıb. "Elxan Nəbiyev Gəncə Ruhi Dispanserində qeydiyyatda olan adamdı.Fikri gedir-gəlir , özünü olmayan şeylərə inandırır. Elxan yaxşı oğlandır, amma yalan danışır, o, bizə pul verməyib.
Elxan Nəbiyevin şəriki Babək Xəlilov açıqlamasında bildirir ki, Üzeyir Mizəzadə yanlış söyləyir.”Tutaq ki, Elxanın psixoloji problemi var. Bəs mən? Mənim ki psixaloji durumum yerindədir. O pulun 5 mini mənimdir. Bizim o şadlıq sarayına depozit qoyduğumuzu şəhərdəki bütün fotoqraflar, kameramanlar, musiqiçilər, hətta o şadlıq evinin əməkdaşları bilir.
Verdikləri depozitləri tələb edən fotoqraflar deyirlər ki, pullarını geri almayana qədər mübarizə aparacaq, bütün qurumlara şikayət ünvanlayacaqlar. İnanırlar ki, Prezident İlham Əliyev məsələdən xəbər tutan kimi problemləri çözüləcək. "Prezidentimiz həmişə məmurlara tapşırır ki, vətəndaşları incitməsinlər. Əminik ki, o, bundan xəbər tutsa, məsələ həllini tapacaq.
"Azərbaycan bələdiyyəsi” isə millət vəkili Aydın Mirzəzadə ilə əlaqə saxlayıb. Aydın müəllim Elxan Nəbiyev və Babək Xəlilov adlı şəxsləri tanımadığını, onlardan heç bir pul almadığını, ona məxsus heç bir şadlıq sarayının olmadığını qeyd edib.
Elxan Nəbiyev isə Üzeyir Mirzəzadənin ona qarşı etdiyi ittihamlara belə cavab verir:” Üzeyir müəllim mətbuata açıqlamasında mənim ruhi xəstə olduğumu deyir. Guya mən onu şərləyirəm. Mənim xəstəliyimdən istifadə edib, şərikimlə mənim pulumuzun arxaslndan keçmək istəyir. Bizim kimi kimsəsiz insanların hesabına özünə Mingəçevirdə villa tikdirib. Millət vəkili də hələ haqsız qardaşının tərəfini saxlayır. İndi Aydın müəllim sizə açıqlamasında bildirib ki, Elxanı tanımıram. Sual verirəm: əgər məni tanımırdısa, onun qızının toyunda nə üçün iştirak etmişəm? Üzeyir müəllimi ailəsi ilə birgə idarə etdiyim avtomobillə Bakıya toya gətirmişəm. Bundan başqa, Üzeyir müəllimi ailəsi ilə birgə Gürcüstanın və ölkənin bir sıra istirahət düşərgələrinə idarə etdiyim avtomobilimlə aparmışam. Əgər mənim ağlım qaçırdısa , onda nə yaxşı, özünün, ailəsinin həyatını mənə etibar edirdi? Ayıbdır ey, belə ifadələr işlədib, mənim kimi kirayədə qalan, bandan kredit götürən məcburi köçkünün pulunu vicdan əzabı çəkmədən yeyəsən. O şadlıq evində işləyənlər haqq ödəyib. Toyları idarə edənlərdən tutmuş musiqiçilərə qədər. Xaiş edirəm, Mingəçevirə gəlin, araşdırma aparın və orada işləyənlərdən soruşun. Görün mən yalan deyirəm, yoxsa deputat və onun qardaşı?”
 
P.S. Bu məsələ Azərbaycanın nüfuzlu qəzeti olan Azərbaycan bələdyyəsi qəzetində, meydan tv, kanalında işqlanandan sonra, Aydın Mirzazadə Mingəcevir Mingəçevir prakraturasına Elxan Nəbiyevin qanunsuz həbisin tapşırıq verib,bu zaman Elxan Nəbiyev ailəsiylə birlikdə Azərbaycanı tərk etmə məcburiyyətində qalıb deyərək Elxan Nəbiyev bildirib.



Paylaş:


Müəllif : Tarix:
21-10-2017, 20:31
  


loading...
Загрузка...