reklam
» » Göyçaydan şikayət var

reklam

Göyçaydan şikayət var

   


RegionXeberleri.com-a Göyçay şəhəri Nizami küçəsi dalan 14 sakinləri tərəfindən şikayət məktubu daxil olub. Narazı sakinlər bildirirlər ki:

"Biz üzləşdiyimiz qanunsuzluğa görə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və zərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək istəyirik. Bu şikayətimizdə yazıb bildirirk ki, bizim yaşadığımız Nizami küçəsi dalan 14 yolu çox bərbad gündədəir ki, burada nəinki piyada, hətta avtomobilər belə çətinliklə hərəkət edir".

Küçənin yolu tamamilə dağılıb deyə yağış suları, palçıq əlindən sakinlər hərəkət edə bilmir. Azyaşlı uşaqlar məktəbə gedəndə çətinlik çəkirlər.Yağış yağanda su küçəni basır deyə tamamilə hərəkət dayanır. Belə olanda uşaqlar məktəbə gedə bilmir. Küçəyə asfalt örtüyü çəkilməsi üçün Göyçay rayon icra başçısına dəfələrlə ərizələrlə müraciət etmişik, sakinlər bir yerdə qəbulunda olmuşuq ancaq heç bir tədbir görmək istəmir. Nizami küçəsi şəhərin mərkəzində yerləşir. Ancaq laqeyidlik nəticəsində ən ucqar kəndin yolundan da pis vəziyyətdədir.

Buna görə də biz mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik Göyçay şəhəri Nizami küçəsi dalan 14-ün yoluna asfalt çəkilməsinə köməklik göstərəsiniz. Biz Prezident İlham Əliyevə və Mehriban xanıma inanırıq. İnanırıq ki, bizim bu problemin həll edilməsinə göstəriş verəcəksiniz".

 
1. Qurbanov Anar Elton oğlu2. Qasımov Elman Fərman oğlu 3.Məhərrəmov Ruslan Məhərrəməli oğlu 4.Zülfüqarova Şərqiyyə Əlisahib qızı 5. Qədirov Rəhim Bəşir oğlu 6. Məmmədov Rahil Firuddin oğlu 7. Həsənov Orxan Fikrət oğlu  8. Umudova Fatma Musa qızı 9. Qasımova Dilşad İbrahim oğlu 10. Məmmədov Anar Müşfiq oğlu 11. Umudov Əziz Talıb oğlu 12. Əliyeva Sitarə Muxtar qızı 13. Qasımov Siyavuş Fərman oğlu 14. Adilova Xuraman Ağaələkbər qızı 15. Məmmədova Sədəf Rumxan qızı 16. İbrahimova Yavər Ata qızı 17. Qurbanov Şaiq Faiq oğlu 18. Məmmədova Göyçək Şakir qızı 19. Məmmədova Qızxanım Rəsul qızı 20. Məmmədova Xəzangül Məmməd qızı 21. Məmmədov Ramil Rahil oğlu 22. Məmmədova Səhər Usub qızı 23. Məmmədov Müzəffər Mövlan oğlu 24. Məmmədova Ayşən Rahil qızı 25. Qasımova Fatma Qulam qızı
26. Məmmədova Qələmnaz Rəşid qızı 27. Məhərrəmova Zəminə Həmzə qızı 28. Qurbanov Elton Faiq oğlu 29. Qurbanova Şəhanə Faiq qızı

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

RegionXeberleri.com 

 





 


Paylaş:


Müəllif : Tarix:
13-11-2017, 09:23
  


loading...
Загрузка...