reklam
» » Rza Zərrabın müsadirə olunan əmlakı – Siyahı

reklam

Rza Zərrabın müsadirə olunan əmlakı – Siyahı

Ötən gün əslən azərbaycanlı milyarder, ABŞ-da mühakimə edilən Rza Zərrabın Türkiyədə üzərinə həbs qoyulan əmlakının siyahısı açıqlanıb.

 Türkiyə mediası xəbər verir ki, R.Zərrabla bərabər, onun yaxın 23 qohumunun da əmlakına həbs qoyulub. Maraqlıdır ki, qızı Alara Sarrafdan fərqli olaraq, həyat yoldaşı Ə.Gündəşin əmlakı barədə hər hansı qərar yoxdur.

R.Zərrabın müsadirə olunan əmlak siyahısına İstanbulda 2 tarixi malikanə, 12 milyon dollar dəyəri olan “Challenger 300” özəl təyyarəsi, 1 milyon 50 min lirəlik qiyməti olan Nazmi Ziyanın “Kendi Evi” rəsmi, 1 milyon 850 min dəyərində bağ evi, Böyükçəkməcədə 47 ədəd, İstanbulda 4 milyon lirəlik, Bakırköyde üç lüks mənzil, “Metroport Busidence Plaza”da iki ofis mərtəbəsi, Tuzladakı fabriki daxildir. Zərrabın ümumilikdə 2008-ci ildən bəri qurduğu və hələ də fəaliyyətdə olan dəyəri 40.2 milyon dollarlıq 7 şirkəti də müsadirə olunub.

300 milyon dollarlıq daşınmaz əmlaka sahib olan Zərrabın şərik olduğu şirkətlər isə bunlardır: Roysar Dənizçilik, Roysar Holdinq Anonim, Roysar Qida LTD, Roysar Qızıl idxal və ixrac ticarəti LTD, ARE aviasiya, Kamerun Dənizçilik LTD və s.

Qeyd edək ki, İstanbul Prokurorluğu “Türkiyə Cümhuriyyətinin təhlükəsizliyi, daxili və xarici mənafeyi baxımından gizli qalması vacib olan məlumatların hərbi-siyasi casusluq məqsədilə xarici ölkənin lehinə istifadə edilməsi və əmlakını ölkədən çıxarma cəhdinə görə” R.Zərrabın və qohumlarının əmlakına həbs qoyub.


Paylaş:


Müəllif : Tarix:
2-12-2017, 10:37
  


loading...
Загрузка...