reklam
» » AST Telmanın cinayət planı: qətli Kərimov icra edib – Rəsmi

AST Telmanın cinayət planı: qətli Kərimov icra edib – Rəsmi

Telman İsmayılova qətl törətməkdə və qeyri-qanuni silah dövriyyəsində qiyabi ittiham elan olunub.

Bu barədə informasiya Rusiya İstintaq Komitəsi yayıb. İsmayılov həmçinin beynəlxalq axtarışa verilib. Bununla bağlı sorğu İstintaq Komitəsi tərəfindən Rusiya Baş Prokurorluğuna göndərilib.

İstintaq Komitəsinin iddiasına görə, İsmayılov sahibkar Vladimir Savkin və Yuri Brılyovu 2016-cı ildə qətlə yetirib:

“Cinayət aktının planını o öz qardaşları Rafiq və Vaqif İsmayılovlarla hazırlayıb. Cinayəti həyata keçirən qismində Mehman Kərimov iştirak edib. Bundan sonra Rafiq İsmayılov Mehman Kərimova cinayət yerindən qaçıb gizlənməyə, qalanları isə silahdan xilas olmağa yardım ediblər”.

Qeyd edək ki, bundan öncə Moskva məhkəməsi İsmayılovları qətldə təqsirli bilərək, barələrində qiyabi həbs qərarı çıxarmışdı. Bundan sonra Telman İsmayılov Türkiyədən Fransaya qaçmış və orada siyasi sığınacaq üçün müraciət etmişdi.


Paylaş:


Müəllif : Tarix:
5-12-2017, 10:47
  
loading...