reklam
» » Xaləddin İsgəndərov vəzifədən çıxarılır? - "İH: "Söz belə gedə bilməz"

Xaləddin İsgəndərov vəzifədən çıxarılır? - "İH: "Söz belə gedə bilməz"

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun vəzifəsindən çxarılması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

Regionxeberleri.com bildirir ki, bu sözləri Axar.az-a rayon icra hakimiyyətindən bəzi media qurumlarında X.İsgəndərovun vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildiriblər.

İcra hakimiyyətindən verilən məlumata görə, icra başçısı hazırda iş başındadır:

“Xaləddin İsgəndərovun vəzifəsindən çıxarılmasından söz belə gedə bilməz. Bu, Prezidentin sərəncamı ilə gerçəkləşir. Hazırda icra başçısı vəzifəsini davam etdirir”.

Qeyd edək ki, bəzi KİV-lərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun vəzifədən çıxarılacağı, artıq X.İsgəndərovun işə çıxmadığı barədə qeyri-səhih məlumat yayılıb.


Paylaş:


Müəllif : Tarix:
7-12-2017, 12:16
  
loading...