reklam
» » Onun vertolyot meydançasına da əl qoydular... - İDDİA

reklam

Onun vertolyot meydançasına da əl qoydular... - İDDİA

Daha bir sabiq nazirdən xəbər var. Regionxeberleri.com bildirir ki, bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun əlindəki sərvətin geri alınması yönündəki proses hələ də davam edir və bu günlərdə daha bir "alqı-satqı" işi həyata keçirilib.

Mənbə iddia edir ki, Göyçayın bir vaxtlar kuratoru olmuş Ziya Məmmədov, onun qardaşı Elton Məmmədov və başqa yaxınları sözügedən rayonun ərazisindəki malikanələrini də itiriblər. Mənbənin dia.az-a söylədikləri: "Məmmədovların uzun illər idi ki, sahibləndiyi bu bölgə onların şəxsi "respublikasına” çevrilmişdi. Məsələn, rayonun Potu-Hüngütlü ərazisində Z.Məmmədov hektarlarla ərazini hasarlanışdı ki, bu da haqlı olaraq yerli camaatın qəzəbinə nədən olurdu. Ucu-bucağı görünməyən həmin sahədə geniş bir massivi çəpərləyən sabiq nəqliyyat naziri orada özünə vertolyot meydançası da tikdirirdi. İndi isə həmin ərazi də sabiq nazirin əlindən çıxıb".

Dia.az olaraq bütün bu iddia olunanlarla bağlı Ziya Məmmədovun da mövqeyini işıqlandırmağa hazırıq. Qeyd edək ki, onun əlimizdə olan mobil nömrəsinə dəfələrlə zəng etsək də, dəstəyi qaldıran olmadı.


Paylaş:


Müəllif : Tarix:
13-12-2017, 09:26
  


loading...
Загрузка...