reklam
» » Səhiyyə Nazirliyi ilə Gömrük Komitəsi üz-üzə: Dərman qalmaqalı böyüyür

reklam

Səhiyyə Nazirliyi ilə Gömrük Komitəsi üz-üzə: Dərman qalmaqalı böyüyür

Dünən Səhiyyə Nazirliyi ölkə ərazisinə göz damcısı olan "Oksiam-B" adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumat yayıb. Həmin dərman preparatının Türkiyə Respublikasında "Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti." şirkəti tərəfindən istehsal edildiyi və ölkəmizə "Dihac" MMC tərəfindən idxal olunduğu bildirilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən mənşəyi məlum olmayan məhsul saxtadır. Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin olunması məqsədilə qeyd edilən saxta, mənşəyi məlum olmayan məhsulun idxalı, satışı və oftalmoloq həkimlər tərəfindən istifadəsi qadağan edilib. Topdan və pərakəndə əczaçılıq müəssisələrinə məhsulun yığışdırılması barədə xəbərdarlıq edilib.

Bu gün Dövlət Gömrük Komitəsi həmin məsələ ilə bağlı açıqlama yayıb.

Komitədən Oxu.Az-a verilən məlumata görə, DGK-nin müvafiq qurumları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan "Dihac" MMC tərəfindən Azərbaycan ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında "Oksiam-B" adlı dərman preparatı yoxdur.
"Oksiam-B" dərman preparatı ölkə ərazisinə "Norma Med" MMC şirkəti tərəfindən idxal edilib və Səhiyyə Nazirliyinin müvafiq sertifikatı ilə təmin olunub.

Aparılan araşdırmalar zamanı o da məlum oldu ki, "Oksiam-B" adlı dərman preparatının "Dihac" MMC tərəfindən idxal edilməsi iddiasına etiraz olaraq şirkət rəhbərliyi məsələyə aydınlıq gətirilməsi üçün rəsmi qaydada aidiyyəti orqanlara müraciət edəcək.


Paylaş:


Müəllif : Tarix:
14-12-2017, 16:23
  


loading...
Загрузка...