reklam
» » Türkiyədə Azərbaycan bayrağı endirildi: etiraz qalxdı – Video

reklam

Türkiyədə Azərbaycan bayrağı endirildi: etiraz qalxdı – Video

Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professoru Azərbaycan bayrağının endirilməsinə qərar verib.

Buna səbəb Ermənistan bayrağının universitetin bayraqlar sırasından çıxarılması olub. Salih Pay Ermənistan bayrağını universitetdə təhsil alan azərbaycanlı tələbələrin endirdiyini zənn edərək, belə qərar verdiyini açıqlayıb və bildirib ki, Ermənistan bayrağı yerinə qaldırılandan sonra Azərbaycan bayrağı da öz yerinə bərpa ediləcək.

Buna isə universitetin millətçi gəncləri kəskin etiraz edib. Bayrağı Türkiyənin ülküçü gənclərinin endirdiyini, azərbaycanlı tələbələrin bu məsələyə heç bir aidiyyəti olmadığını bildirən bir neçə türk gənc əllərində Azərbaycan bayrağı tutaraq, universitet önündən etiraz videosu paylaşıblar.

Tələbələr professoru ən ağır sözlərlə təhqir edərək, əslində, Türkiyədə Ermənistan bayrağı olmaması gərəkdiyini və bunu edən əxlaqsız professorun mütləq cəzalanacağını qeyd ediblər.

***

İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyinin başqanı, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası başqanının müavini Mülazim Pahsa olaya etirazını bildirib. M.Pahsa sosial şəbəkə hesabından  mətbuatın  ictimailəşdirdiyi bu etiraza dəstək verdiklərini bildirib.

"Uludağ Universitetinin ilahiyyat professoru, Can Azərbaycan bayrağının şanlı səmalarımızda dalğalanmasından rahatsız olan erməni sevdalısı professor pozuntusu: erməni bayrağını hər hansı bir saf, təmiz qanlı, şərəfli qardaşım endiribsə, onun əllərindən, ayaqlarından öpürəm. Erməni sevdalı professora çox sevdiyi Ermənistana getməsini məsləhət görərdim. Gözəl ölkəmdə oxuyan cocuqlarımızı da özü kimi terrorçu yetişdirəcəyindən narahatıq. Hörmətli Prezidentim, hörmətli Baş nazirim və Təhsil nazirimdən bu professoru dərhal universitetdən uzaqlaşdırmasını xahiş edirəm. Bu professoru şiddətlə tənqid edir və qınayıram", - Pahsa qeyd edib.

Mövzunu diqqətdə saxlayacağıq.

  •  



Paylaş:


Müəllif : Tarix:
16-12-2017, 09:04
  


loading...
Загрузка...