3 rayonun icra başçısı təftiş edilir - İDDİA
Hazırda sabiq vergilər naziri Fazil Məmmədovun biznes və icra strukturlarındakı setində təmizləmə əməliyyatlarına start verilib. İlk növbədə onun nəzarətində olan icra hakimiyyəti başçılarının fəaliyyəti ilə bağlı təftişlərə başlanlıb. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, F.Məmmədovun nüfuz dairəsinə 5 rayon (Gədəbəy, Yardımlı, İsmayıllı, Şəmkir və Binəqədinin icra başçıları F.Məmmədovun keçmiş işçiləridir) daxil olsa da, təşftiş əsasən Binəqədi, Gədəbəy və Şəmkir rayonlarını əhatə edir: “Çirkli pulların yuyulması və büdcədən fantastik mənimsəmələr məhz bu rayonlarda həyata keçirilib. Odur ki, bu rayonlarda icra başçılarının əməllərni təftişi ilə bağlı hüquq-mühafizə orqanlarının yerli şöbələrinə tapşırıq verilib. Hər 3 rayonda sabiq nazirə və icra başçılarına aid mülklərin, torpaq sahələrinin, şirkətlərin siyahısı dəqiqləşdirilir, eyni zamanda şübhəli bank əməliyyatları araşdırılır”.
Mənbənin iddiasına görə, çox yaxın zamanlarda hər 3 rayonun icra başçıları işdən çıxarılacaq: “Onlar haqqında siyasi qərar artıq var, sadəcə təftişin yekunlaşmasını gözləyirlər”.
İstiqlal.az xatırladır ki, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının həyat yoldaşıdır.
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Gədəbəyin icra başçısı Ramiz Yediyarov isə sabiq vergi məmurlarıdır və F.Məmmədovun "vuran əli” sayılıblar.
Paylaş:
Müəllif : Jurnalist
Tarix:21-12-2017, 09:27
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Jurnalist
Tarix:21-12-2017, 09:27

Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:14
Bu gün, 09:17
Dünən, 14:19
Dünən, 13:08
Dünən, 11:56
Dünən, 00:55
Dünən, 00:17

İcra başçısının müavini bağça müdirəsinin evini banka girov qoydurub - Sumqayıtdan ŞİKAYƏT

“Niyə Qarabağ məsələsi Qarabağ Komitəsindəki adamların inhisarında olmalıdır?” - QALMAQAL

Təhsil nazirliyi nə səbəbə Goranboy Rayon Təhsil Şöbəsinin qarşısında aciz qalıb?- ŞİKAYƏT

“Mənim banka borcum yoxdu, sadəcə kredit götürən dostuma zamin durmuşam” - FHN generalı DANIŞDI

İsrailin hərbi sənaye şirkəti Azərbaycanla daha 13 milyon dollarlıq müqavilə bağladı - QALMAQALIN ARDINCA...

"Apellyasiya şikayətimiz üzrə ədalətli qətnamənin çıxarılmasına nail olmaqla siz 4 nəfəlik ailənin intihar etməsinin qarşısını alacaqsınız"-MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı sahibkardan 50.000 manat rüşvət istəyir-ŞİKAYƏT
Saytı bəyənirsinizmi?