reklam
» » "Baku Electronics"in incə erməni telləri... - FOTOFAKT

reklam

"Baku Electronics"in incə erməni telləri... - FOTOFAKT

Bakıda üzərində erməni dilində yazılmış holoqram olan soyuducu satılır. Bu barədə Sputnik Azərbaycan-a oxucularımızdan biri məlumat verib. Adının açıqlanmasını istəməyən oxucu sözügedən soyuducunu bir neçə gün öncə məşhur "Baku Electronics" mağazalar şəbəkəsinin Binəqədi filialında gördüyünü bildirib.

"Səhər soyuducu alırdıq, bu mənzərə ilə qarşılaşdım. Ermənistana aid məhsul açıq-aşkar bizim mağazada satılırdı. Oradakı satıcıya etiraz etsəm də, qayınatam yanımda olduğundan çox dərinə gedə bilmədim. Sadəcə həmin soyuducunun fotosunu çəkdim" – deyə o, qeyd edib.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün "Baku Electronics"mağazalar şəbəkəsinin Binəqədi filialında olub. Filialda satılan bütün soyuducuları araşdırıb. Amma satışa çıxarılan heç bir soyuducunun üzərində erməni dilində məlumata rast gəlməyib.

Soyuducuların üzərində məlumatlar ancaq rus və Azərbaycan dillərində olub. Məsələyə aydınlıq gətirməyə çalışan əməkdaşımızı "Baku Electronics" şirkətinin rəsmi nümayəndəsi Vüqar Hüseynbəyovla əlaqələndiriblər.

Şirkət nümayəndəsi mağazalar şəbəkəsinin Binəqədi filialında belə hal baş verdiyini təsdiqləyib. Bildirib ki, şirkətin menecerləri hadisədən xəbərdar olan kimi məhsullar satışdan yığışdırılıb.

"Hindistanda istehsal olunan "LG" soyuducularının satışı zamanı belə səhvə yol verilib. Belə ki, bu markanın bir neçə soyuducusu mağazalarımızda satışdadır, yalnız bir modelində belə hal aşkarlanıb" — Hüseynbəyov bildirib.

"LG" firması ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, biz bu modelləri tək Azərbaycana deyil, Qafqaz regionuna göndəririk. Qablaşdırma və yükləmədə yanlışlıq baş verib. Hətta tez bir zamanda bu qüsuru aradan qaldırmaq üçün Azərbaycan dilində etiketləri bizə göndərəcəklərini də qeyd ediblər" — o əlavə edib.
 


Paylaş:


Müəllif : Tarix:
26-12-2017, 09:17
  


loading...
Загрузка...