reklam
» » Azərbaycanda yoxa çıxan alpinistlərlə bağlı YENİ XƏBƏR

reklam

Azərbaycanda yoxa çıxan alpinistlərlə bağlı YENİ XƏBƏR

Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı davam etdirilir. Quba rayon İcra Hakimiyyəti Xınalıq İcra Nümayəndəliyinin sədri Nəsimi Məmmədov Lent.az-a bildirib ki,  “Gilavar” - hava və ekstrim idman klubunun üzvü olan alpinistlər: Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı sonuncu dəfə Mahmuddərə adlanan ərazidə olarkən mesaj yazıblar. Onlar bildiriblər ki, hava şəraiti ilə bağlı yuxarı qalxa bilməyiblər və Mahmud çayının dərəsində gözləyirlər.

İcra nümayəndəsi həmçinin əlavə edib ki, dekabrın 23-dən etibarən 2 gün ərzində Xınalıq və ətraf ərazilərdə hava çox əlverişsiz, küləkli və yağıntılı olub. Növbəti iki gün ərzində isə hava şəraiti daha isti keçməyə başlayıb

Mütəxəssislər bildirirlər ki, səthi qarlı olan ərazilərdə havanan birdən-birə istiləşməsi alpinitslər üçün əlverişsiz hesab edilir.

Qeyd edək ki, Quba rayonunun Xınalıq kəndindən dekabrın 23-də Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. FHN həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

**

12:37

Qubada itkin düşən “Gilavar” - hava və ekstrim idman klubunun üzvlərindən biri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşıdır.

APA-nın məlumatına görə, polis leytenantı Babur Hüseynov daxili işlər orqanında işə qəbul olunmazdan əvvəl də alpinistliklə məşğul olurmuş. O, xidmətdən kənar vaxtı-istirahət günündə iki alpinist yoldaşı ilə birlikdə Quba rayonuna gedib və dağlarda olan pis hava şəraitində itkin düşüb.

Alpinistlərin yerinin müəyyən edilərək xilas olunmaları üçün FHN, Sərhəd Xidməti, ETSN və digər aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu,Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb.

***
09:50

Fövqəladə Hallar Nazirliyi dekabrın 23-də Qubada itkin düşmüş 3 alpinistin axtarışına başlayıb.

Nazirlikdən APA-ya bildirilib ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. Bu barədə FHN-ə məlumat verilib. Nazirlik həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.


***

09:25
 
"Gilavar" Klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.
 
Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, klubun yaydığı məlumata əsasən, alpinisttlər Şahyaylaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib.
 
DSX, FHN,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb.
 
Klubdan bildirilib ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.
 
Onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.
 
Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.


Paylaş:


Müəllif : Tarix:
27-12-2017, 16:58
  


loading...
Загрузка...